“Qulağı kəsilmişdi, heç kim tapa bilmirdi…”- içki məclisində qanlı hesablaşma
Hadise
Oxunub: 461
22 noy 2018 | 18:30
 “Qulağı kəsilmişdi, heç kim tapa bilmirdi…”- içki məclisində qanlı hesablaşma














Birlikdə içki içdiyi şəxsə ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, mübahisə etdiyi şəxsin qulağını kəsməkdə günahlandırılır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ibrahim Ibrahimlinin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı İbrahim İbrahimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İbrahim İbrahimli son sözündə özünü qismən təqsirli bilib, deyib ki, hadisə söyüş üstündə baş verib.

O, tanışının qulağını kəsmədiyini bildirib:

“Hər axşam həyətimizdəki yerdə oturub domino oynayırdıq. Hadisə günü də belə oldu. Oyundan sonra Şərafəddin adlı şəxslə oturub, söhbət etmək qərarına gəldik. Şərafəddin evdən araq gətirdi, onu içdik. Sonra Şahin adlı şəxs gəldi. Bir araq da o gətirdi. Söhbət əsnasında Şahin bir-iki dəfə ağzından söyüş çıxartdı. Mən də ona təklif etdim ki, ətrafda adamlar var, söyüş söyməsin. O isə mənə qayıtdı ki, sənə nə var, istədiyim kimi danışa bilərəm. Məni də söydü, yumruq atdı. Arağın butulkasını götürüb, məni vurmaq istədi. Bu vaxt araq butulkası bizi ayırmaq istəyən Şərafəddinə dəydi. Sonra biz Şahinlə əlbəyaxa olduq və mən hadisə yerindən uzaqlaşdım. Evə gələndə gördüm ki, üstüm qandı. Həmin gecəni yatdım, gecə yarısı qardaşım məni oyatdı ki, polis gəlib. Çölə çıxdım, gördüm Şahinin başı sarğı ilə sarılıb, yanında da polislər var. O, qulağını özü dartıb, qoparıb. Mənə şər atır. Onu butulka ilə də vurmamışam. Bizim hadisədən sonra qulağı kəsilmişdi. Onun qulağını heç kim tapa bilmirdi, özü məndən sonra da dalaşıb, bəlkə qulağını kəsiblər”.

Rəsmi ittihamda göstərilir ki, 10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəmində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb.

Məlumata görə, Butulka Şahin Əliyevin başına dəyib. İbrahimli butulkanın sınığı ilə Şahinin qulağını kəsib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO