Fars-molla rejimindən Azərbaycana qarşı TƏXRİBAT - Bunun adına şərəfsizlik deyirlər...
Hadise
Oxunub: 530
26 noy 2018 | 22:19
Fars-molla rejimindən Azərbaycana qarşı TƏXRİBAT - Bunun adına şərəfsizlik deyirlər...















Tehranın “Azadi” stadionunda noyabrın 25-i baş tutan “Perspolis” - “Traktor” qarşılaşması zamanı meydan sahiblərinə dəstək üçün gələn iranlı azarkeşlər Azərbaycana qarşı təxribata əl atıb.

Axar.az xəbər verir ki, onlar oyundan öncə “Traktor” azarkeşlərinin, eləcə də Azərbaycan vətəndaşlarının heysiyyatına toxunan video yayımlayıb. Videoda əllərində Qarabağın ermənicə qondarma adı yazılmış lövhə tutan 3 nəfər oyunda “Artsaxe erməni” şüarını səsləndirəcəklərini bəyan ediblər:

“Bazar günü (25 noyabrdakı matç nəzərdə tutulur – red.) stadiona gedəcəyik və pantürklərin “Xəlic-i ərəbi” (“Ərəb körfəzi”. Təbrizli azarkeşlər tehranlıları qıcıqlandırmaq üçün Fars körfəzini Ərəb körfəzi adlandırırlar ) şüarları qarşısında “Artsax erməni” şüarı səsləndirəcəyik ki, bu da Qarabağın düzgün adıdır: “Artsaxe erməni!..”

Videoda Qarabağ sakinlərinin səfalət içində yaşadığını əks etdirən görüntülər də göstərilib. Görüntülərdə səfalət içində yaşayan insanların durumunda Bakı günahlandırılır:

“Qarabağda zülm altında yaşayan insanları görün. Onlar Bakının Qarabağı iqtisadi mühasirəyə alması səbəbindən ağır durumda yaşayır. Biz hamımız Bakının pantürklərinin əməllərini pisləyirik. Hamımız “Artsax” şüarı səsləndirəcəyik!”

Qeyd edək ki, “Perspolis” - “Traktor” qarşılaşmaları zamanı oyun stadionda səsləndirilən sərt şüarlarla yadda qalır. Soydaşlarımız oyunlar zamanı mədəni haqlarını, qadın azadlığını tələb edir, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - olmalıdır hər kəsə”, “Ya Qarabağ, ya ölüm”, “Öl desən, ölərəm mən” kimi şüarlar səsləndirirlər. Farslar isə qarşılığında “Ölüm olsun türkə”, “Eşşək türk” və nəlayiq ifadələr işlədərək azarkeşləri hövsələdən çıxarırlar.

Əlbəttə, Təbriz və Tehran azarkeşlərinin bir-birinə qarşı atmacalarında nə qədər aşağılayıcı və milli heysiyyata toxunan məqamlar olsa da, bu, ölkədaxili məsələdir və müstəqil Azərbaycan Respublikasına aidiyyəti yoxdur. Ancaq Tehran azarkeşlərinin bu tip açıqlaması birbaşa ölkəmizə qarşı təxribatdır.

Əslində, “Artsax” adının da ermənilərə heç bir aidiyyəti yoxdur. “Qarabağ” adından imtina etməyə cəhd göstərən separatçılar guya “Artsax” adından istifadə ilə bu ərazini özününküləşdirəcəklərini zənn edirlər.

Halbuki “Artsax/arsax/arsak” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi “Arsak” sözünü sıxışdırdı. Lakin hələ də “Qarabağ” sözü ilə paralel olaraq işlədilməkdədir.

Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (Hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi.

VIII əsrin əvvəllərindən etibarən Albaniya katolikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “arşax” - "aranşax" adlanmışdır.

Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir və Arsak – Xaçın knyazlığı yaranır. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlıq Xaçınçayın və Tərtərçayın hövzələrini əhatə edirdi.

Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna ifadə etmir.

Onu da xatırladaq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasının əsas səbəblərindən biri də İrandır. Azərbaycanın bu vaxta qədər iqtisadi-siyasi və hərbi həmlələrinə Ermənistan İranın aktiv iqtisadi dəstəyi ilə dözür. Həmçinin, İran şirkətlərinin Dağlıq Qarabağda qanunsuz fəaliyyəti, işğaldakı ərazilərimizdə təbii sərvətləri taladığı da məlumdur və təəssüf ki, bu proses davam edir.

Yayılan video ilə bağlı İranın Azərbaycandakı səfirliyinə sorğu verilib.


Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO