Bakıda naməlum şəxslər gecələr bahalı avtomobillərə ziyan vururlar
Hadise
Oxunub: 378
28 noy 2018 | 11:40
Bakıda naməlum şəxslər gecələr bahalı avtomobillərə ziyan vururlar















Bakının Xətai rayonunda bir sutka ərzində naməlum şəxslər 10 avtomobilə ziyan vurublar və şəxsi əmlakı oğurlayıblar.
Sputnik bildirir ki, bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Bütün bu oğurluq halları noyabrın 25-də axşam baş verib. Belə ki, Rüstəmov küçəsində 2 saylı binanın qarşısında Nissan markalı avtomobil zədələnib. Cinayətkar maşının yan şüşəsini qırıb və mobil telefonu oğurlayıb. Telnov küçəsindəki 10 nömrəli evin yaxınlığında isə cinayətkar KIA markalı avtomobilin şüşəsini qıraraq içində pul və sənədlər olan cüzdanı oğurlayıb. Eyni küçədə, 15 saylı binanın yanında park edilmiş Range Rover markalı maşının şüşəsini qıran oğru isə üzqırxan ülgücü oğurlayıb. Babək prospektində də Mitsubishi markalı avtomobildən oğurluğa cəhd edilib. Cinayətkar maşının yan şüşəsini qırıb. Lakin oradan nəsə oğurlamağa macal tapmayıb.

Gəncə prospektində Hyundai markalı avtomobildən pul və kompakt disklər oğurlanıb. General Mehmandarov küçəsində Mazdа markalı avtomobildən bahalı fransız ətri götürülüb. General Şıxlinski küçəsində oğru Nissan markalı maşından suvenir oğurlayıb. Çünki maşının salonunda oğurlanacaq başqa heç nə tapmayıb. Digər bir kiçik oğurluq hadisəsi isə General Şıxlinski küçəsində Mercedes markalı avtomobildən edilib. Növbəti oğurluq da general Şıxlinski küçəsində Mercedes markalı maşının yan şüşəsinin qırılması yolu ilə baş tutub.

Baş verən hadisələrdən də göründüyü kimi, cinayətin qurbanları heç də oğruların düşündüyü kimi bahalı ovun qarantı olmayıblar. Hazırkı zamanda çox nadir hallarda avtomobil sahibləri maşınlarında pul və bahalı əşyalar saxlayırlar. Lakin bu oğurluq halları maşın sahiblərinə nəzərəçarpacaq dərəcədə ziyan vurub. İndi onlar öz "dəmir atları"nın təmirinə ciddi məbləğdə vəsait ödəməli olacaqlar.
Hazırda Xətai rayon Polis İdarəsinin əməkdaşları küçələrdə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı kadrları nəzərdən keçirirlər.

İstintaqın versiyasına görə, sözügedən bütün oğurluq halları eyni qrupun üzvləri tərəfindən törədilib.

Hələlik faktla bağlı heç kəs saxlanmayıb. Bu istiqamətdə iş aparılır.

Qeyd edək ki, analoji oğurluq halları paytaxtın Sabunçu və Nərimanov rayonları ərazisində də qeydə alınıb. Lakin onların Xətai rayonu ərazisində baş verən oğurluqlarla heç bir əlaqəsi yoxdur.
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır