Trampın naziri ildə 60 milyon dollar pul qazanıb
Hadise
Oxunub: 399
30 noy 2018 | 19:55
Trampın naziri ildə 60 milyon dollar pul qazanıb
















ABŞ təhsil naziri Betsi Devos 2017-ci ildə 60 milyon dollar pul qazanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı məlumat nüfuzlu “Politico” saytında verilib.

Betsi Devosun həmin göstərici ilə prezident administrasiyasında olan bütün vəzifəliləri geridə qoyduğu bildirilir.

Ümumilikdə Donald Trampın kabinetinə daxil olan ən varlı nazirlər həmin il 150 milyon dollardan çox pul qazanıblar.

Betsi Devosdan başqa, ABŞ ticarət naziri Uilbur Rossun 47 milyon dollar gəlir əldə etdiyi məlum olub.

Maliyyə naziri Stiven Mnuçin isə 41,6 milyon dollarlıq qazancı ilə 3-cü sırada yer alıb.

Trampın naziri ildə 60 milyon dollar pul qazanıb








Stiven Mnuçin və Uilbur Ross

Qeyd olunur ki, hər üç nazir dövlət vəzifəsinə keçməzdən öncə özəl sektorda mühüm yer tutan iş adamları olublar.

Betsi Devos amerikalı milyarder Edqar Prinsin qızıdır. O, özü kimi milyarder sayılan Riçard Devosla evlidir. Nazir olmazdan qabaq Betsi Devos əri ilə birlikdə “Windquest Group” investisiya şirkətini qurub və onun direktorlar şurasının sədri vəzifəsini daşıyıb.

Ticarət naziri, sərmayə biznesində zənginləşən Uilbur Ross da adı “Forbes”a düşən milyarderlərdən sayılır. Onun sərvətinin 2,9 milyard dollar olduğu bilinir.

Stiven Mnuçin kino sənayesində daha çox ad çıxarıb. ABŞ-ın maliyyə nazirinin Hollividda istehal edilən iri büdcəli kinofilmlərin prodüseri kimi fəaliyyət göstərdiyi məlumdur.

Bu ilin oktyabr ayında isə “Forbes” jurnalı prezident Donald Trampın sərvətinin 3,1 milyard dollara düşdüyünü xəbər verib. Bu səbəbdən Ağ Evin sahibi jurnalın ABŞ-ın ən verlı adamları üün tərtib etdiyi 400 adam arasında 131-ci sıraya düşüb.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE