Qadın, içki və ətli yemək düşkünü olan lider haqda ilginc məlumatlar… – FOTOLAR
Hadise
Oxunub: 517
1 dek 2018 | 13:46
Qadın, içki və ətli yemək düşkünü olan lider haqda ilginc məlumatlar… – FOTOLAR
















Şimali Koreya liderlərinin bütün ölkə üzərində yaratdığı qorxu, həm ölkədə yaşayanları dünyadan izolə edir, həm də bu ölkədə baş verənlərin dünya ölkələri tərəfindən sözün əsl mənasında, başa düşülməsini imkansızlaşdırır.

Ölkə haqqında məlumatlar və statistik göstəricilər olduqca azdır və bəzilərinin isbatı belə, yoxdur. Aclıq və səfalət içində yaşayan xalq isə dünyadakı proseslərdən xəbərsizdir.

Bəzi dünya siyasilərinin fikrinə görə, Kim Çen In ölkənin rəhbəri ola biləcək ən son şəxs idi. Lakin yaşının gənc olmasına baxmayaraq, o, ölkənin idarəsində qətiyyətli mövqe sərgilədi. Atasının ölümündən sonra adını eşitdiyimiz Kim Çen In, əslində, psixologiyası yerində olmayan bir insana bənzəyir. Bunu Kim Çenin keçmişində görmək olduqca asandır.

Belə ki, məktəb yaşlarında İsveçrədə təhsil alan Kim dostlarının arasında “manyak” olaraq tanınırdı. Bunun səbəbi isə müəllimlərinin onun çantasından dəfələrlə porno jurnallar tapmasıdır. Zənginlikdən irəli gələn acgözlük isə onun nə qədər təhlükəli bir insan olduğunu göstərir.

Qadın, içki və ətli yemək düşkünü olan lider haqda ilginc məlumatlar… – FOTOLAR










Misal üçün o, 5-6 nəfərin çətinliklə yeyə biləcəyi yeməkləri təkbaşına rahatlıqla yeyir. Aşpazlar gənc liderə yemək çatdırmaqda olduqca böyük əziyyət çəkirlər. Belə birisinin ölkənin başına keçməyi Şimali Koreyanın əslində, nə qədər şanssız olduğunu bir daha gözlər önünə sərir.

Heç bir siyasi və hərbi təcrübəsinin olmamasına baxmayaraq, Kim Çen Inın ölkəni kommunist partiyasının yüksək səlahiyyətli şəxslərinin sayəsində idarə edəcəyi düşünülürdü. Lakin bu, heç də belə olmadı.

İlkin ehtimallara görə, o, ölkəni bibisi və bacısının əri vasitəsilə idarə edəcəkdi. Lakin Kimin bibisini siyasətdən uzaqlaşdırması, bacısının əri Chang Song-taeki isə edam etdirməsi bütün bu iddiaları kökündən məhv etdi. Vətənə xəyanət adı ilə həbs etdirilən Chan Song-taekin 120 ac itə yedizdirildiyi söylənilir.

Bundan başqa o, özünə qarşı olan hər kəsi edam etdirərək, dünyanın ən qəddar diktatoru adını qazanmış oldu. Olduqca qəddar olan Kim Çen ilk olaraq özünün lüks istəklərini qarşılamağa başladı.

Xalqın yarısından çoxu acından ot yeyərkən, o, bunu görməzdən gəldi və dövlətin pulunu sadəcə, özünün ehtiyacları üçün xərcləməyə başladı. Köhnə hərəmi dəyişdirdi. Yerinə isə, özəl olaraq yeni bir hərəm qurdu. Seçdiyi qadınlar isə adətən ölkənin ən gözəllərindən ibarət olurdu.

Ölkədə internet qadağandır. Televiziyaları isə bir neçə kanaldan ibarətdir. Onlarda da 24 saat boyunca gənc diktatorun təbliğatı aparılır. Buna görə də məlumatsız olan xalq Kim Çen In haqda bir çox ilginc xəbərə adətən, müqəddəslik səviyyəsində sayğı duyur.

Şimali Koreya lideri 2016-cı ildə ölkənin müdafiə naziri Xyön Yön Çxolu ağılasığmaz üsulla edam etdirib. Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, yüksək vəzifəli məmurun edamı aprelin 30-da Pxenyanın hərbi məktəblərindən birində zenit topundan açılan atəşlə həyata keçirilib.

Nazirin edamına səbəb guya onun Kim Çen Inın iştirak etdiyi hərbi tədbirdə mürgüləməsi olub.

Diktator ölkənin bütün torpaqlarının özünün olduğunu iddia edir. Xalqın isə kölələrdən heç bir fərqi yoxdur. Salatının belə, mikroskopla yoxlanıldığı deyilən Kim Çenin, eyni zamanda ət həvəskarı olduğu da hər kəsə məlumdur.

Hətta, 2017-ci ildə həddindən artıq çox ət yeyib, spirtli içki qəbul edən diktator mədəsindən əməliyyat olunub. O, buna görə uzun müddət dünya mediasının müzakirə mövzusuna da çevrilmişdi.

Qadın, içki və ətli yemək düşkünü olan lider haqda ilginc məlumatlar… – FOTOLAR










Kim Çen Inın asılılıqları bununla bitmir. Onun İsveçrənin məşhur mantilli pendirinə asılılığı da söylənilir. Bir oturuma 2 butulka şampan içən Kim günün əsas hissəsini qadınlarla əylənməklə keçirir.

Dövlət Şimali Koreyanı ziyarət edən hər bir kəsə nəzarət etmək üçün nəzarətçi ayırır. Bu ölkəyə gələn turistin təkbaşına hərəkət etməyi qadağandır. Haraya gedəcəklərinə, haraların fotolarını çəkəcəklərinə, kimlərlə söhbət edə biləcəklərinə və haralarda qalacaqlarına həmin nəzarətçi qərar verir. Məhz buna görə də Şimali Koreya öz sirlərini hələ də qoruyub, saxlaya bilib.

Qadın, içki və ətli yemək düşkünü olan lider haqda ilginc məlumatlar… – FOTOLAR













Ölkədə özəl avtomobildən istifadə etmək qadağandır. Əgər sən bu ölkədə özəl avtomobilinin olmasını istəyirsənsə, bunun üçün dövlətdən icazə almalısan. Bu isə o qədər də asan məsələ deyil. Çünki, Şimali Korayada olan bütün avtomobillər Kim Çen Inın şəxsi mülkü hesab edilir. İctimai nəqliyyatda əsasən velosiped və motosikllərdən istifadə edilir.

Şimali Koreyada kər kəsin əsgər olduğunu deyə bilərik. Buna görə də, bu ordu dünyanın ən böyük ordusu hesab edilir.

Qadın, içki və ətli yemək düşkünü olan lider haqda ilginc məlumatlar… – FOTOLAR










Orduda ehtiyatda olan hərbçilərlə birlikdə 7.7 milyon qadın və kişi xidmət edir. Əsgərlik müddəti kişilər üçün 10 il, qadınlar üçün isə 3 ildir. Özəlliklə isə qadın əsgərlərin təcavüzə uğradığı barədə söyləntilər dünyada olduqca böyük təpkiyə səbəb olmuşdu.

Bundan başqa əsgərlər dəhşətli dərəcədə ağır işlərdə işlədilir. Ona görə də onların bir çoxu həddindən artıq cılızdırlar.

Şimali Koreya rejiminin ən etibarlı yeri olan Ryongsong sarayı 15 metr enində, 50 metr uzunluğunda hovuza, qaçış və atletizm üçün nəzərdə tutulmuş əraziyə və bundan başqa, avtomobil yarışları üçün nəzərdə tutulmuş əraziyə malikdir. Sarayda çoxlu sayda istirahət güşələri, spa və sauna da mövcuddur.


Sarayın ərazisi o qədər böyükdür ki, burada müharibədə istifadə ediləcək texnikalardan atışlar da həyata keçirilir. Əlavə olaraq, sarayda yeraltı savaş qərargahı da inşa edilib.

Gənc diktator Kim Çen In sərvətinin çox hissəsini İsveçrə banklarında saxlayır. Onun sərvətinin 3-4 milyard dollardan çox olduğu bildirilir.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!