DİN-dən qadının saçının qırxılması ilə bağlı açıqlama
Hadise
Oxunub: 310
4 dek 2018 | 09:30
DİN-dən qadının saçının qırxılması ilə bağlı açıqlama














Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) qadının saçının qırxılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə musavat.com-a bildirib ki, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə əri tərəfindən saçları qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub.

Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhərində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan E.Həsənov ilə 2013-cü ilin aprel ayında ailə həyatı quran qadın iki il müddətində həyat yoldaşı və sonuncunun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb. Bu ilin sentyabrında ərinin valideynləri – qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb