Paytaxtda başkəsənlər peyda olub, evlərə, mağazalara girir və... - Vitse-prezident ŞOK FAKTLARI AÇDI
Hadise
Oxunub: 372
4 dek 2018 | 15:00
Paytaxtda başkəsənlər peyda olub, evlərə, mağazalara girir və... - Vitse-prezident ŞOK FAKTLARI AÇDI














Fransız-rus alyansının vitse-prezidenti, "Hermine" Şirkətinin sahibi Loran Politye du Mesnil suallarımızı cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Uzun müddətdir Fransada yaşayan ruslarla çalışırsınız. Bir müddət öncə isə ölkəmizdə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiniz. Bu üç xalqın bənzər və fərqli cəhətlərini sadalaya bilərsiniz?

- Bənzər və fərqli cəhətlər çoxdur. Ruslar çox emosionaldırlar, azərbaycanılıarsa mənəvi cəhətdən daha tarazlıdırlar. Hər iki millətlə ünsiyyətdə olmaq böyük zövqdür. Mədəniyyətinizə, tarixinizə çox bağlısınız. Təəssüf ki, biz fransızlar bu dəyərləri get-gedə itiririk. Həm ruslar, həm də azərbaycanlılar çox qonaqpərvərdir, yenilikçidir. Dünya xalqları tərəfindən daha çox tanınmağa layiqdirlər.

- Amma düşünürəm ki, fransızlar rusları çox da sevmirlər...

- Fransadakı rusların sayı günbəgün artır. Onlar ölkəmizə çox bağlıdırlar, elə biz də rusları sevirik. Kütləvi İnformasiya Vasitələri ruslara qarşı düşmən mövqeyində olsalar da, xalqımız arasında xüsusi məşhurluğa sahibdirlər. Elə buna sübut kimi deyim ki, alyansımızın rus üzvləri hər gün daha da artır. Ruslarla fransızların çılğın ruhu bir-birinə yaxındır. Xatırlayın ki, hər iki ölkədə inqilab baş verib.

- Yaşından asılı olmayaraq, hər kəsin seçim hüququ olsaydı dünyanın məcrası hansı yöndə dəyişərdi?

- Mədəniyyətlərə, insanların savadına, intellektinə təsir edərdi. Dünya daha azad, daha humanist şərtlər altında idarə olunardı. Bu yaxınlarda Bakı Beynəlxalq Humanitar Forumuna qatıldım. Belə dünya səviyyəli layihələrin sayı artmalıdır ki, planetimiz şərqli-qərbli, şimallı-cənublu daha da aydınlansın.



- Gündəlik xəbərləri oxuduğunuz etibarlı mənbələr varmı?

- Xəbərləri müxtəlif dünya mediasından əldə edirəm. Amma mütləq oxuduğum xəbəri hər iki cəbhənin dilindən dinləyirəm. Doğrudur, bu, hər vəziyyətdə asan olmaya bilər, amma ədalətli seçim etmək üçün vacibdir.

- O zaman rica edirəm son günlər Parisdə baş verənləri bizə izah edin...

- Sarı jiletlilərin etiraz aksiyasından istifadə edərək, şəhər ətrafı ərazilərdən Parisə çox sayda gənclər axışdı. Bahalı mağazaların vitrinlərini qırıb, zinət əşyaları, geyimləri oğurladılar. Bununla da yetinməyib avtomobilləri yandırdılar. Etirazçı sarı jiletlilər isə tarixi abidələri, hətta Fransa üçün canından keçmiş əsgərlərin qəbrini onlardan qorumağa çalışdılar. Beləcə, bu başkəsənlərlə arada qarşıdurma yarandı. Lakin görünür, hakimiyyət bu durumdan məmnun idi. Beləcə vandalların alovuna etiraz edən dinc əhali də getdi. Hazırda paytaxtda vəziyyət çox acınacaqlıdır. Sarı jiletlilərin nüfuzunun düşməsi isə hakimiyyətin işinə yarayır. Çünki yanvar ayından vergilər bir az da artacaq. Üstəlik hakimiyyət heç bir güzəştə yol verməyi düşünmür. Əhalinin maddi durumu olduqca zəifləyir.

- Bu, çox acınacaqlıdır. Demək heç nə göründüyü kimi deyil. Həyatımızda yanlış olub doğru səslənən başqa nələri sadalaya bilərsiniz?

- Gələcək... Gələcək hər zaman doğru səslənir, amma bütün narahatlığımız, qərarsızlığımız da onunla bağlıdır. Bu durumda bir seçim qalır, gələcəyə göndərəcəyimiz gəncləri doğru səmtdə yetişdirmək.

- Hansı yüksək dəyərə xəyanət etmisiniz?

- İnanın ki, bunu sizə tam səmimi və şərəflə etiraf edirəm. Bu günədək müqəddəs saydığım heç bir dəyəri tapdamamışam.



- Sizi ən çox nə narahat edir?

- İnanıram ki, hər birimizin özü və başqaları üçün yaxşı işlər görmək imkanı var. Bekar oturub narahat olmaq əvəzinə gücümü bu yolda səfərbər edirəm.

- Bu gününüzdən gələcəyinizə hansı xatirələr qalacaq?

- Dorğusu, bu haqda düşünməmişəm. Amma hesab edirəm ki, gələcəyə saxladığımız ən gözəl xatirə təmiz vicdandır. Dinindən, irqindən, milliyətindən asılı olmayaraq cəmiyyətə vicdanla, qərəzsiz xidmət etmək lazımdır.

- Bakıda ən son çəkdiyiniz və sevdiyiniz fotoşəkili bizimlə bölüşə bilərsinizmi?

- Bu, mənim ən son çəkdiyim fotoşəkil deyil. Amma ən çox sevdiklərimdən biridir. O qədər harmonik, müasir, eyni zamanda gözoxşayan tikilidir ki, çox ovsunlandım. Sehirlər dünyasıdır sanki. Şəhəriniz, insanlarınız kimi bütün daş parçaları da insana qəribə istilik ötürür. Buna görə Bakını çox sevdim.



- Minnətdaradam. Sizi ölkəmizdə yenidən görməyi arzu edirəm.

- Növbəti layihələrdə mütləq qonağınız olacam.
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill