Bakıda qanunsuz və kütləvi yığım: Etiraz edənlər təhdid olunur
Hadise
Oxunub: 405
6 dek 2018 | 23:17
Bakıda qanunsuz və kütləvi yığım: Etiraz edənlər təhdid olunur

















Bu gün şəhərin bütün küçələrində parklama yerlərində xüsusi forma geyinmiş şəxslər dayanır. Həmin naməlum şəxslər parklama yerində avtomobil saxlayan hər kəsdən dayanacaq haqqı tələb edirlər. Bu da azmış kimi, tələb etdikləri haqqı ödəmək istəməyən sürücüləri cərimə ediləcəkləri ilə hədələyirlər.

Məlumdur ki, artıq Dövlət Yol Polisinin Bakı şəhərində dayanma-durmaya görə hər hansı bir cərimə yazmağa səlahiyyəti yoxdur. Prezidentin müvafiq sərəncamı ilə parklama xidmətinə və dayanma-durma ilə bağlı qayda pozuntularına nəzarət Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. O zaman belə bir sual ortaya çıxır ki, bu gün parklama yerlərində “peyda olmuş” həmin şəxslər kimlərdir?

Yol-nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, həmin şəxslər var ki, əyinlərinə xüsusi jilet geyinib, əllərində də aparat tutaraq sürücüləri polislə hədələyirlər: “Çünki parklama yerləri ilə bağlı bu məsələ hələ də tam olaraq öz həllini tapmayıb. Xüsusi sistem formalaşmayana qədər də bu məsələ həll edilməyəcək”.

Ekspert qeyd edib ki, hazırda bəzi ərazilərdə hələ də sürücülərdən haqq tələb edən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır: “Çünki daha əvvəl nəzarəti həmin qurum həyata keçirirdi. Düşünürəm ki, hüquq mühafizə orqanları artıq bu məsələni nəzarətə götürməlidir. Söhbət kiminsə 20-50 qəpik və ya 1 manat yığmasından getmir. Söhbət hər axşam kimlərinsə stolunun üzərinə yığılan 10 minlərdən gedir. Məncə, bu məsələ aydınlaşdırılmalıdır”.

“Sürücülərdən kimin haqq yığdığı, niyə yığdığı, kimin hədələdiyi müəyyən edilməlidir. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi özü də bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməlidir. Çünki hazırda səlahiyyət bu qurumdadır, baxmayaraq ki, o, hələ işin icrasına başlamayıb. Elə ona görə də, sürücülərə hədə-qorxu gələn bu şəxslərin kimliyi hamı üçün maraqlıdır” – deyə Muradlı əlavə edib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq onlar tərəfindən paytaxt ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görülməsinə başlanılıb: “Xüsusi proqram təminatı olan planşetlər vasitəsilə əməkdaşlarımız gün ərzində paytaxtın müxtəlif ərazilərində, xüsusən də hərəkətin xaotik olduğu yerlərdə bu təbirləri həyata keçirirlər. Əsas diqqət nəqliyyat vasitəsinin ikinci və ya üçüncü cərgədə, piyada səkisinin üzərində və ya avtobus dayanacağı məntəqəsində park edilməsinə verilir. İlk növbədə bu cür xətalara yol verən sürücülərə qarşı inzibati tənbeh tədbiri görülür”.

Qurum sözçüsünün sözlərinə görə, cərimə məbləğləri hələ ki, dəyişilməyib. Ağayev BNA əməkdaşlarının fərqlənməsi üçün geyim forması ilə bağlı hazırda iş aparıldığını da bildirib. Həmçinin qeyd edib ki, BNA əməkdaşların hər birində onların qurumun rəsmi nümayəndələri olduğunu təsdiqləyən sənədlər var.

Şəhərin müxtəlif küçələrində parklama yerlərində “parkovşik” fəaliyyətinə gəldikdə isə, M.Ağayev bildirib ki, sürücülərdən qanunsuz pul tələb edən, haqq ödənilmədiyi təqdirdə cərimələnəcəkləri ilə təhdid edən şəxslər BNA əməkdaşları deyil: “Bu səlahiyyət prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinə verilsə də, müəyyən texniki işlər görüldüyü üçün hələ ki, bu işin icrasına başlamamışıq”.

Hüquqşünas Ərşad Hüseynov da əməkdaşımızla söhbətinə məsələyə şərh verib. Onun sözlərinə görə, hazırda Bakıda parklama yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti BNA-ya məxsus olsa da, o yerlər Agentliyə təhvil verilməyib: “Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil. Çünki parklama yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil”.

“Parklamaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil. Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin” – deyə hüquqşünas xəbərdarlıq edib.

Ə.Hüseynov qeyd edib ki, bu xaosa son qoyulması çox gecikir: “Parklama yerlərinin Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə, normal parklama təsərrüfatı yaradılmalıdır”.
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari