İsveçdə Yəmən danışıqları – müharibə və aclığa son qoymaq üçün son şans
Hadise
Oxunub: 365
11 dek 2018 | 15:00
İsveçdə Yəmən danışıqları – müharibə və aclığa son qoymaq üçün son şans















Səudiyyə Ərəbistanı, BƏƏ və İranın dəvət edilmədiyi danışıqlar nə vəd edir?

BMT-nin təşkilatçılığı ilə ötən həftə İsveçdə başlayan Yəmən sülh danışıqları davam edir. Danışıqlar hazırda hakimiyyətə nəzarət edən husilərin Ənsarullah təşkilatının təmsilçiləri ilə Səudiyyə Ərəbistanında mühacirətdə olan devrilmiş prezident Mansur Hadi hökuməti arasında keçirilir.

M.Hadi hökumətini təmsil edən heyətin təmsilçisi Həmzə Kamali bildirib ki, bu həftə danışıqlarda nəticə əldə edə bilərlər. O deyib ki, danışıqlar Yəməndəki humanitar böhran, həbsdə saxlanılan şəxslərin taleyi, humanitar yardımların böhran nöqtələrinə çatdırılmasına imkan verilməsi, Taiz şəhərində blokadanın ləğv olunması, həmçinin Səna şəhər beynəlxalq hava limanının yenidən açılması kimi mövzular üzərində aparılır. O deyib ki, artıq hər iki tərəf bütün əsirlərin azad edilməsi mövzusunda anlaşıb. Həftənin birinci günü əsirlərin siyahısı dəqiqləşdiriləcək.

Hazırkı mövcud Səna hökuməti (Ənsarullah) təmsilçisi İbrahim Deyləmi isə bildirib ki, bu günə qədər yalnız əsirlərin azad edilməsi mövzusunda anlaşma əldə olunub, digər məsələlərdə razılaşma yoxdur. Onun sözlərinə görə, danışıqların əsas mövzusu tərəflər arasında qarşılıqlı olaraq etimadın əldə olunmasıdır. Həmçinin Deyləmi bildirib ki, bu günə qədər əsirlərin azad edilməsi, siyasi və iqtisadi münaqişənin bir-birindən ayrılması və Səna hava limanının açılması mövzusu müzakirə olunub.

İsveçdə Yəmən danışıqları – müharibə və aclığa son qoymaq üçün son şans












Ənsarullah hökumətinin danışıq heyətinin rəhbəri Məhəmməd Əbdüssalam Səna limanının bağlanmasınıə müharibə cinayəti adlandırıb. Əbdüssalam əsas hədəflərinin keçid anlaşmasının əldə olunmasıdır. Eyni zamanda əlavə edib ki. əgər müzakirələr nəticəsiz qalarsa, o zaman müharibə davam edəcək.

Qeyd edək ki, 2014-cü ilin payızında husilərin Sənaya hücum edərək prezident Hadini devirdikdən sonra başlayan münaqişə 2015-ci ilin 26 martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb hərbi koalisiyasının Yəmənə hücumu ilə ağır müharibəyə çevrilmişdi. Hazırda da tərəflər arasında savaş davam edir.

Yəməndə atəşkəs əldə olunması üçün 2016-cı ildə İsveçrədə danışıqlar başlasa da, əldə olunan atəşkəs razılaşması pozulduğu üçün danışıqlar yarımçıq qalmışdı. İndi isə Yəməndə humanitar böhran daha da dərinləşib, əhalinin yarıdan çoxu aclıq çəkir, xəstəlik səbəbindən minlərlə uşaq ölüb. Yəməndə humanitar böhran dözülməz həddə çatıb, dinc əhalinin bombalanması nəticəsində hər gün onlarla dinc insan ölür.

Ancaq dünya ölkələri, xüsusən də ABŞ və onun müttəfiqləri Yəməndəki husilərin İran tərəfindən dəstəkləndiyini əsas gətirərək Səudiyyə Ərəbistanına açıq şəkildə dəstək verirdi. Münaqişənin əsas səbəbkarı olaraq İran və onun dəstəklədiyi qüvvələr, yəni husilər göstərilirdi. Ancaq bu ilin oktyabrında situasiya dəyişdi. Birincisi, Yəməndə humanitar böhran daha da dərinləşdi, aclıqdan və dərman çatışmazlığından ölən yəmənli uşaqların şəkilləri dünya mediasında, sosial şəbəkələrdə yayıldı. Digər tərəfdən, Səudiyyə Ərəbistanı təyyarələrinin dinc əhali və ordu ayırmadan yaşayış məntəqələrini bombalaması nəticəsində ölənlərin sayı artıb, vəziyyət fəlakətli həddə çatıb.

İsveçdə Yəmən danışıqları – müharibə və aclığa son qoymaq üçün son şans










Nəhayət, bu ilin payızında Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının İstanbuldakı Ərəbistan konsulluğunda öldürülməsindən sonra dünya ictimai rəyi “Yəməni də xatırlayıb”. Səudiyyə Ərəbistanı hakimiyyəti Yəməndəki dinc insan ölümlərinə görə cavabdeh olaraq göstərilib.

Digər tərəfdən, Qaşıqçı olayına görə dünya ictimaiyyətinin Səudiyyə Ərəbistanı hakimiyyətini və onu açıq şəkildə müdafiə edən ABŞ hökumətini tənqid etməyə başlayıb. Məhz bu tənqidlərdən sonra ilk dəfə dövlət katibi Maykl Pompeo yazılı açıqlama yayaraq Səudiyyə Ərəbistanı hökumətini Yəməndə atəşkəs elan etməyə çağırıb. Bunun ardınca ABŞ Senatı Yəməndə savaşan qüvvələrə silah verilməsini qadağan edən qanun qəbul edib. Məhz bundan sonra Yəmən ətrafında situasiya dəyişib.

Yəməndə vəziyyətin dözülməz həddə çatması nəticəsində artıq dünya birliyi işə qarışıb, BMT-nin təşkilatçılığı ilə İsveçin paytaxtında növbəti danışıqlar prosesi başlayıb. Danışıqlar paytaxt Stokholm yaxınlığında Rimbo qəsəbəsində keçirilir. Bu danışıqlar Yəməndə atəşkəsin əldə olunması, ümumiyyətlə, müharibəyə son qoyulması baxımından həlledici sayılır.

Yəməndə 2015-ci il martın 26-da başlayan Səudiyyə Ərəbistanı hərbi müdaxiləsindən sonra 55 min insan ölüb. Onlardan 7 mini mülki əhalidir. Hazırda 22 milyon əhalisi olan Yəməndə 15 milyon insan qida əldə etməkdə çətinlik çəkir. 80 min nəfər isə aclıq çəkir.

İsveçdə başlayan Yəmən danışıqlarının əsas təşkilatçısı BMT-nin Yəmən üzrə xüsusi təmsilçisi Qriffitsdir. BMT təmsilçisi bildirib ki, danışıqların ilkin mərhələdə əsas hədəf atəşkəsin əldə olunmasıdır. Atəşkəsin ilk mərhələsi ağır döyüşlərin davam etdiyi Hudeydə liman şəhərində döyüşlərin dayandırılmasıdır. Hudeydədə ağır döyüşlər bu ilin yazından başlayıb. Husilərin əlində olan sonuncu liman şəhəri Hudeydə husilər bölgəsinin yeganə dəniz qapısıdır. Koalisiya ordusu Hudeydəni ələ keçirə bilməsə də, qanlı savaş nəticəsində 150 min insan şəhərdə çıxılmaz vəziyyətdədir.

İsveçdə Yəmən danışıqları – müharibə və aclığa son qoymaq üçün son şans











Artıq əsirlərin dəyişdirilməsi istiqamətində razılıq əldə olunub. BBC-nin məlumatına görə, ilkin anlaşmaya əsasən 1500-2000 nəfər arası Hadi tərəfdarı, 1000-1500 nəfər arası husi döyüşçüsü qarşılıqlı olaraq azad ediləcək.

Maraqlıdır ki, İsveçdəki Yəmən danışıqlarında, sadəcə, savaşan iki tərəf, yəni Hadi hökuməti və Husi hökuməti iştirak edir. Ölkənin cənubunda hələ də güclü olan keçmiş Cənubi Yəmən tərəfdarları olan qüvvələr, eləcə də ölkənin cənub şərq hissəsində böyük ərazilərə nəzarət edən “Yəmən əl-Qaidəsi” danışıqlara dəvət olunmayıb.

Bundan başqa, Yəməndə faktiki olaraq savaşan və mandat müharibəsi aparan İran, Səudiyyə Ərəbistanı və BƏƏ İsveç danışıqlarına dəvət olunmayıb. Ancaq aydın məsələdir ki, hər 3 ölkənin Yəməndə savaşan tərəflərə güclü təsiri var. Üstəlik, ölkənin cənubundan faktiki olaraq nəzarət BƏƏ və Səudiyyə Ərəbistanı silahlı qüvvələrinə məxsusdur. Bu da İsveç danışıqlarını daha da mürəkkəbləşdirir. Çünki qeyd olunan arxa güclər razılaşma əldə etməsə, köklü anlaşmanın əldə olunması real görünmür.
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı