"Dəhlizə qaçan zaman eşitdim ki, yanğın 14-cü palatada baş verib" — Narkoloji Mərkəzdə müalicə olunan şəxslər ifadə verdi
Hadise
Oxunub: 561
15 dek 2018 | 21:21
"Dəhlizə qaçan zaman eşitdim ki, yanğın 14-cü palatada baş verib" — Narkoloji Mərkəzdə müalicə olunan şəxslər ifadə verdi














Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Famil Laçınov dindirilib.

O bildirib ki, narkotik asılılığından xilas olmaq üçün elə yanğın baş verən gün Mərkəzə müalicə olunmağa gəlib: "Mərkəzə qardaşım apardı. Günorta ora çatdıq, axşam isə yanğın oldu. Həmin vaxt yatmışdım. Daha sonra səs-küyə oyanıb çölə qaçdım. Mən 5-ci palatada qalırdım. Dəhlizə qaçan zaman eşitdim ki, yanğın 14-cü palatada baş verib.

F.Laçınov ifadəsində qeyd edib ki, daha əvvəl də müəyyən fasilələrlə Mərkəzdə müalicə alıb və buna görə də təqsirləndirilən şəxslərin hər birini tanıyır.

Daha sonra digər zərərçəkmiş Yaşar Tağıyev dindirilib. O da narkotik istifadəçisi olduğu üçün Mərkəzə məcburi müalicəyə göndərildiyini söyləyib.

Zərərçəkmişin sözlərinə görə, Mərkəzdə yanğın hadisəsi baş verən zaman 16-cı palatada olub:

"Palatada heç kimlə münasibətim yox idi. Münasibət saxlamağı da sevmirəm. Həmin gün öz yerimdə uzanmışdım. Birdən səs gəldi. Elə bildim ki, kimsə yenə dava salıb. Fikir vermədim və yenidən yatağıma uzandım. Sonra "su gətirin" deyə qışqırdılar. Bu dəfə fikirləşdim ki, kiminsə ürəyi gedib və yəqin su istəyirlər. Artıq səs-küy çoxaldı, yanğın baş verdiyini söylədilər. Mən də tez dəhlizə çıxdım, hər yer tüstü içərisində idi. Sonra çölə qaçdım".

Bu zaman təqsirləndirilən M.Məmmədov vurğulayıb ki, yanğın zamanı ilk həyətə çıxan 5 nəfərdən biri olub. O, hadisə zamanı oradan qaçmadığını bildirib.
M.Məmmədov zərərçəkmiş Y.Tağıyevə "həyətə çıxanda kimləri gördün?" sualını verib.

O, əvvəlcə qapıların bağlı olduğunu, açılanda hamının bir yerdə dəhlizə, oradan isə həyətə çıxdığını deyib:

"Həmin vaxt basabas olduğu üçün kiminsə üzünü dəqiq xatırlamıram. Yanğından on gün sonra hadisənin Məhəmməd Məmmədov tərəfindən törədildiyini eşitdim".

Məhkəmədə hakim təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib. Lakin onlar bildiriblər ki, zərərçəkmişlər və şahidlər dindirildikdən sonra ifadə verəcəklər.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi