Bakının “intellektsiz” nəqliyyat sistemi - PROBLEM
Hadise
Oxunub: 420
21 dek 2018 | 13:31
Bakının “intellektsiz” nəqliyyat sistemi - PROBLEM













Ölkənin nəqliyyat sistemindəki problemləri saymaqla bitməz.

Demək olar ki, hər gün mediada, sosial şəbəkələrdə ictimai nəqliyyat sistemində rast gəlinən eybəcərliklərlə bağlı foto və videomateriallara rast gəlirik. Bakının nəqliyyat susteminə cavabdeh qurumlar vaxtaşırı “paytaxtda nəqliyyatın intellektual idarəetmə sisteminin qurulması” haqqında bəlağətli açıqlamalar versələr də, reallıq əksini deyir. Bakıda bəlkə də ən çox problem elə ictimai nəqiyyatdadır. Xəttə buraxılan çirkli avtobuslar, kobud sürücülər, yollarda qalan sərnişinlər... Paytaxtın nəqliyyat sistemində günümüzün reallığı budur.

Bu işə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi isə gördüyümüz, hər gün yaşanılan problemlərin əksini iddia edir. Agentlik rəsmiləri açıqlamalarında Bakıda ictimai nəqliyyat sistemində nizam yaradıldığını, avtobusların dayanacaqlara vaxtında gəldiyini, sürücülərin insanlarla mədəni rəftar etdiyini bildirir, yaranan problemləri isə əsasən tıxacın “ayağına yazırlar”. Qeyd edirlər ki, sərnişindaşıma şirkətlərilə, sürücülərlə vaxtaşırı maarifləndirmə işləri aparılır. Elədirsə, bəs hər gün rastlaşdığmız mənzərə nədir? Hər gün mediada və sosial şəbəkələrdə sürücü kobudluğu ilə bağlı yayımlanan görüntülər nədən yaranır? O görüntülər axı bizim ölkədə, paytaxt Bakıda çəkilib.

Hələ bir müddət əvvəl - sərnişindaşımanın optimallaşdırılması məqsədilə paytaxta gətirilən "Bakubus" avtobusları xəttə buraxılanda çoxları düşünürdü ki, sərnişinlərin rahatlıqla mənzil başına çatmasını təmin etmək mümkün olacaq və bundan sonra bu sahədə problemlər azalacaq. Amma heç nə gözlənilən kimi olmadı... Görünür ya sürücülər, ya da sərnişinlər yeni sistemə uyğunlaşa bilmir.

Başlıca problem avtobuslarda sərnişinlərin mənzil başına vaxtında çata bilməməsidir. Bəzən sərnişin uzun məşəqqətdən sonra avtobusa minir, ancaq bu zaman da ona lazım olan dayanacaqda düşə bilmir. Çünki xətdə avtobus az olduğundan salona normadan artıq sərnişin götürülür. Bu dəfə içəridə itələşmə başlayır, sürücü avtobusu dayanacaqda qrafikə uyğun qısa müddətdə saxlayır, bu müddətdə sərnişinin avtobusun içərisində qapıya qədər hərəkəti çox zaman mümkün olmur. Nəticədə güc-bəla ilə mindiyi avtobusdan düşməyə imkan tapmayan sərnişin bu dəfə geri qayıtmaq üçün daha 30 qəpik ödəməli olur. O da əgər avtobus tapsa…

Oxşar vəziyyət bəzən metroda da yaranır. Avtobusdan və metrodan sərnişinlərə minib-düşmək üçün verilən vaxtı o qədər azdır ki, sərnişinlər zamanında enə, lazım olan ünvana vaxtında çata bilmir.

Sərnişin dayanacaqda avtobusdan düşmək istəyərkən bir yığın kütlə onun üzərinə gəlir. Bu zaman enmək istəyən sərnişin yolunu tapmır. Etiraf edək ki, bu durumun yaranmasında sərnişinlər də günahkardır. Amma əsas günah avtobusa tutumundan artıq sərnişin mindirən sürücülərdədir. Deməli, bütün hallarda sistemin yarıtmazlığı faktdır. Halbuki intervalı qısaldıb sərnişinlərin minib-düşmə vaxtını bir qədər artırmaqla heç olmasa bu problemi aradan qaldırmaq olar. Maraqlıdır ki, bu problemə təkcə Bakıətrafı kəndlərə hərəkət edən avtobuslarda rast gəlinmir. Şəhərin mərkəzində də eyni durumu müşahidə edirik. İnsanlar rahat şəkildə avtobuslara minə, mənzil başına çata bilmirlər.

Bakıda şəhərin mərkəzində bir neçə istiqamətdə “qarmoşkalı” avtobus istifadəyə verilib. Sonradan bu iritutumlu avtobuslar “xarab olar” qorxusu ilə sərnişin sıxlığı az olan ərazilərə yönləndirilib. Halbuki həmin marşrutların sərnişin sıxlığı çox olan qəsəbələrə verilməsi daha məntiqli olardı. İdarəetmə ilə yanaşı sürücülərin sərnişinlərlə davranış mədəniyyəti də aşağı səviyyədədir. Bu da sürücü seçimi zamanı yanlışlığa yol verildiyini söyləməyə əsas verir.

Sürücülər yeri gəldi-gəlmədi sərnişinlərlə kobud davranır, sürət həddini aşır, “partizan” kimi hər ağacın arxasından çıxan sərnişini götürür, avtobusun salonunda musiqiyə yüksək səslə qulaq asır, “votsap”da yazışır, siqaret çəkir, enerji içkiləri qəbul edir və s. Sonu isə çox təəssüf ki, insan tələfatı ilə nəticələnən ağır qəzalar olur.
Narahatlıq doğuran digər məsələ sürücülərin avtobuslara nəzərdə tutulandan daha artıq sərnişin götürmək üçün xəttə buraxılan digər marşrutlarla yarışa çıxmasıdır. İcazə verilən saydan artıq sərnişin götürmək təhlükəsizlik qaydalarının pozulmasıdır. Amma buna ya bilərəkdən, ya da diqqətsizlikdən göz yumulur.

Şəhərdaxili və paytaxtətrafı kənd, qəsəbələrə hərəkət edən marşrut avtobuslarındakı natəmizlik də vəziyyətin acınacaqlı olmasından xəbər verir. Bu barədə dəfələrlə yazılmasına baxmayaraq, təəssüflər olsun ki, dəyişən heç nə yoxdur. Aidiyyəti qurumlar susmaqla ya razılıq nümayiş etdirir, ya da saymazyanalıq. Natəmizlikdə sərnişinlər sürücüləri, sürücülər də sərnişinləri günahlandırır. Çirkdən oturacaqların və tutacaqların rəngi dəyişib. Əksər oturacaqların üzlüyü cırıq olur. İndi paytaxtdakı bəzi marşrut avtobuslarında da bu mənzərəni görmək mümkündür.

Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi mükəmməl işləmir yox, ümumiyyətlə işləmir demək daha doğru olardı. Üstəlik bu problemlər illərdir ki, mövcuddur. Bakı Nəqliyyat Agentliyi bu sahədə olan çatışmazlıqların, qanunsuzluqların, problemlərin həllində acizdir. İctimai nəqliyyat xidmətləri şəhər və şəhərarası ərazilərdə fərqlənməlidir. İndiki halda sərnişindaşıma ilə məşğul olan özəl şirkətlər də rentabelli olmayan ərazilərə əlavə avtobuslar buraxmır. Sərnişinin tələb və şikayətini çatdıracağı qurum isə yoxdur. BNA sahibkar-daşıyıcılara ancaq tövsiyə verir, qarşı tərəfin bu tövsiyəyə hansı səviyyədə əməl etdiyi qaranlıq qalır, hesabatlılıq yox səviyyəsindədir.

Son nəticədə bütün bu fəaliyyətlər əhalini hökumətdən narazı salmağa xidmət edir. Problemlər sözlə, qanuna dəyişiklik etməklə həll olunmur. Bu sektora əsaslı sərmayə qoyuluşu olmalı və bununla bağlı dövlət büdcəsindən vəsait ayırmalıdır. Bunun üçünsə sərnişindaşıma fəaliyyəti ya özəl şirkətlərdən alınaraq tamamilə dövlət nəzarətinə verilməli, ya da özəl şirkətlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirməklə həm də hesabatlılıq şəraiti yaradılmalıdır.

Xülasə bu sahəyə cavabdeh olan rəsmi qurumlar işlərin görüldüyünü desə də, Bakının ictimai nəqliyyatı barədə müsbət fikirlər söyləmək üşün hələlik çox tezdir...
Cebhe.info
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)