11-01-2019, 11:33 Oxunub: 62

“Renta Car”ın sahibi avtoxuliqanlıq etdi — VİDEO

“Renta Car”ın sahibi avtoxuliqanlıq etdi — VİDEO





Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, “Niva” markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb.

Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin “Dayan” əmrinə tabe olmayaraq, sürət həddini aşıb.

H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik xəstəxanasına çatdırılıb.
H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, “Niva”nın sürücüsü Həmzə Mustafayev “Renta Car”ın sahibidir.
Bakıda DYP maşını ilə taksi toqquşdu – Polis yaralandı (Video) Bakıda DYP maşını ilə taksi toqquşdu – Polis yaralandı (Video) Hadise Yol polisinin “saxla” əmrinə tabe olmadı, onu vurdu – Vəziyyəti ağırdır Yol polisinin “saxla” əmrinə tabe olmadı, onu vurdu – Vəziyyəti ağırdır Hadise Bakıda vəzifəli şəxsin oğlu növbəti dəfə qəza törətdi — FOTO Bakıda vəzifəli şəxsin oğlu növbəti dəfə qəza törətdi — FOTO Hadise Bakıda 23 YPX maşını avtoxuliqanı belə tutdu - VİDEO Bakıda 23 YPX maşını avtoxuliqanı belə tutdu - VİDEO Hadise Paytaxtda daha bir vəzifəli şəxsin oğlu avtoxuliqanlıq etdi — VİDEO Paytaxtda daha bir vəzifəli şəxsin oğlu avtoxuliqanlıq etdi — VİDEO Hadise / Video