Azərbaycanda “donuz qripi”nin olması rəsmən təsdiqləndi
Hadise
Oxunub: 390
1 fev 2019 | 12:12
Azərbaycanda “donuz qripi”nin olması rəsmən təsdiqləndi















“Hazırda dünyada, o cümlədən Azərbaycanda da hər il olduğu kimi, mövsümi qriplər (A/H1N1) yayılıb”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, A/H1N1 deyilən virus növü 10 ildir mövcuddur: “Amma bu, “donuz qripi” yox, adi mövsümi qripdir. Yəni, bu, virus artıq “donuz qripi” də adlandırılmır. Donuz qripi donuzdan insana, daha sonra insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya faktı olub. Son pandemiyanı yaradan İnf A(H1N1) olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və A/H3N2 virusları törədir və indi də mövsümi qrip var”.

“Azərbaycanda H1N1 virusu var. Xoşbəxtlikdən ağır xəstəliklərə səbəb olmur. Virus 65 yaşdan yuxarı insanlarda, 5 yaşından kiçik uşaqlarda, hamilə qadınlarda, xroniki xəstəlikləri olanlar və səhiyyə işçilərində ağır xəstəliklərə səbəb ola bilir”.

Onun sözlərinə görə, bu xəstəlik ilk dəfə 2009-cu ildə yayıldğı zaman onu “donuz qripi” kimi adlandırıblar. Lakin bunun adı artıq mövsümi qripdir.
H.Harmancı qeyd edib ki, Gürcüstanda hazırda A/H1N1 virusu geniş yayılır, amma bu virus ötən ildəki viruslardan fərqlənmir: “Gürcüstanda da bu virusun A/H1N1 olduğu açıqlanıb. Bütün Avropa ölkələrində oktyabrdan başlayaraq qrip virusu yayılmağa başlayıb. Hər ilin ikinci ayında laboratoriyalarda nəticələr gəlir və müzakirə aparılır. Yekun qərarda hansı virusun yayılması bəlli olur və mövsümü qrip peyvəndləri hazırlanır”.

ÜST-nin Azərbaycan üzrə ofisinin rəhbəri qeyd edib ki, bir sıra ölkələrdə “donuz qripi”nin yayılması məsələsini gündəmə gətirmək lazım deyil.

O deyib ki, viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsi vacibdir.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə bildirib ki, əgər ölkədə qrip virusu kütləvi şəkildə yayılarsa nazirlik bu hala qarşı mübarizə aparmaq üçün bütün tədbirləri həyata keçirmək gücündədir.

Baş epidemioloq vurğulayıb ki, Səhiyyə Nazirliyi məlumatları gizlətmir. O, əhalini şaiyələrə inanmamağa çağırıb.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi