4-02-2019, 22:17 Oxunub: 165

5 fevralda gözlənilən hava şəraiti açıqlanıb

5 fevralda gözlənilən hava şəraiti açıqlanıb















Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 05-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 05-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 05-06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabahın hava necə olacaq? Sabahın hava necə olacaq? Hadise Sabahın hava proqnozu Sabahın hava proqnozu Hadise Sabah duman olacaq Sabah duman olacaq Hadise Şənbə gününün hava proqnozu Şənbə gününün hava proqnozu Hadise Sabah Bakıda 15 dərəcə isti olacaq Sabah Bakıda 15 dərəcə isti olacaq Hadise