11-02-2019, 10:50 Oxunub: 159
“Kedicik”dən şok Adnan Oktar etirafı: “Uşaqlara mini ətək geydirib təcavüz edirdi”

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın “kedicikləri”ndən biri Bəril Qönçəgül etirafçı olaraq 9 il əsir həyatı yaşadığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Bəril Qönçəgül Adnan Oktarın evində hər gün təcavüzə məruz qaldıqlarını söyləyib.
1989-cu il təvəllüdlü “kedicik” fizika ixtisası üzrə təhsil aldığını və xaricdə magistr pilləsində təhsilini davam etdirməyi düşünsə də, 2010-cu ildə təsadüfən təşkilata üzv olduğunu deyib: “Adnan Oktar məni reklam çəkilişlərində görmüşdü. O, kimisə görür, sonra onu alır…”
Onun sözlərinə görə, 2014-cü ildən tutulduqları vaxtadək Adnan Oktarın yanında yaşayıb: “5 dəfə qaçmağa çalışmışam, amma 60 silahlı mühafizəçi, yüzlərlə kamera vardı, bacarmadım. Ailəmizin acından öləcəyi ilə bizi təhdid edirdi. Biz də “nə olacaqsa, bizə olsun deyib” susmağa məcbur olmuşduq”.
Bəril Qönçəgül Adnan Oktarın evində 18 qadın saxlanıldığını söyləyib: “Hər gün səhər oyanıb makiyaj edib, geyinib, aşağı düşməli idik. Geyim deyəndə yarıçılpaq nəzərdə tutulur. Bizi döyər, söyər, başımızdan aşağı yemək tökər, təhqir edib zorla cinsi əlaqəyə məcbur edərdi. Bunları yaşayan qadınlar ondan üzr istəməli, “sevgilim”, “aşkım” deyə xitab etməlisən. Bu manyak Ankarada böyüyüb. Kiçik yaşlarında həmişə barların qarşısına gedirmiş, bar qadınlarının portreti bunun beyninə girib və hamımızı o qadınlara bənzədirdi. Bəlli bir neçə həkimlər var, adları gizli saxlanılır, estetik əməliyyatları həmin həkimlər edirdi. “Mən istəmirəm” deyə bilməzsən”.
O qeyd edib ki, Adnan Oktar nəinki qadınları, uşaqları da istismar edib: “Qadının 7 yaşından sonra cinsi əlaqəyə girə biləcəyini deyirdi. Uşaqlara mini ətək geyindirib təcavüz edirdi. Televizora baxanda xəbərlərdə şəhidin tabutunu qucaqlayan qadın və yanında uşağı görüb bəyənirdisə, “onu mənə gətirin” deyə əmr edirdi. Bu, bir insanın ağlına necə gələ bilər?!”
Qeyd edək ki, Adnan Oktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.
XƏBƏR LENTİ
13:18 | Sellofan formalı “kiçik Messi”nin anası danışdı — “Hər gün ölüm qorxusu ilə yaşayırıq” 13:00 | Kamal Abdulladan təqaüdlərin artırılmasına — MÜNASİBƏT 12:43 | Əkizləri bir də makiyajsız görün — FOTO 12:30 | Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağdan danışdı 12:16 | Dünya mediası Putini “nokauta salan qadın”dan danışır – Fotolar 12:00 | Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” – Video 11:47 | Azərbaycanın ən varlı rayonları açıqlandı 11:30 | Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam 11:12 | İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir” 11:00 | Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video 10:39 | “Təxribatlara uymayın” – Rusiya azərbaycanlıları 10:21 | Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO 10:11 | “Sarı jiletlər”in etiraz aksiyası başladı 10:00 | Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA 09:45 | Evlilik təklifilə gündəm olan nişanlı cütlük, müğənni ilə şairə ayrıldı – VİDEO