“Mən sadəcə qurban kimi seçilmişəm”- 25 nəfərin öldüyü yanğına görə həbs edilən şəxs
Hadise
Oxunub: 494
11 fev 2019 | 15:00
“Mən sadəcə qurban kimi seçilmişəm”- 25 nəfərin öldüyü yanğına görə həbs edilən şəxs














25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində 25 nəfərin öldüyü yanğına görə həbs olunan Mahir Abdullayev məhkəmədə ifadə verərkən deyib.

O, narkoloji mərkəzdə əməyin mühafizəsi üzrə mühəndis işləyib. Abdullayev deyir ki, onun əmək müqaviləsində üzərinə düşən vəzifələr yazılıb, onların arasında yanğın təhlükəsizliyinə cavabdehlik məsələsi yoxdur.

Amma hadisədən sonra onu çağırıb, yanğın təhlükəsizliyilə bağlı təlimata qol çəkdirmək istəyiblər:

“Hadisədən dərhal sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri çağırdı ki, yanğın təhlükəsizliyilə bağlı təlimata qol çək. İmtina elədim. Çünki sonradan quraşdırılmış iş idi. Ora imza atsaydım, üzərimə götürmüş olacaqdım ki, günahkar mənəm. Elə olmayıb axı… Düzdür, mənə ittiham verilib, amma mən heç vaxt yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmamışam. Mən sadəcə qurban kimi seçilmişəm”.

Narkoloji mərkəzdəki yanğından sonra orada dünyasını dəyişmiş şəxslərin səsləndirdiyi əsas ittihamlardan biri hadisə baş verən binadakı qapılardan birinin bağlı olması və sonadək açılmamasıyla bağlı idi.

M.Abdullayev ifadəsində bu haqda da danışıb. O bildirib ki, həmin gün çox güclü külək vardı, əgər dəhlizin o biri başındakı qapı da açıq olsaydı, ümumiyyətlə, oradan heç kim sağ çıxmazdı: “İki təhlükəsizlik qapısı olub. Onlar qıfıllı idi. Hər gün növbətçi kim olurdusa, açar ona verilirdi. İkinci təhlükəsizlik qapısının açıılması yanğın vaxtı təhlükəli olardı. Külək hər iki tərəfdən yanğının şüddətini artırardı. 145 metr uzunluğu olan binada adamların çıxması üçün cəmi iki metr eni olan dəhliz vardı. Hadisə vaxtı oradakı basabası təsəvvür edin… Heç kim sağ çıxa bilməzdi”.

Cinayət işinin materiallarında iddia olunur ki, narkoloji mərkəzi uzun illərdir orada müalicə alan, spirtli içki aludəçiliyindən əziyyət çəkən Məhəmməd Məmmədov adlı xəstə törədib. Yanğında həyatını itirmiş şəxslərin yaxınlarını maraqlandıran məsələlərdən biri də budur ki, hətta bu versiya doğru olsa belə, yandırıcı vasitə xəstənin əlinə necə keçib. Yanğında qardaşını itirmiş Arifə Əliyeva da məhkəmədə M.Abdullayevdən bunu soruşub.

“Özünü idarə eləyə bilməyən xəstələrə siqaret, hətta çaydan da verilmirdi. Qanunla qadağan deyildi. Xəstənin vəziyyətinə uyğun olaraq, həkim müəyyənləşdirirdi ki, kimə olar, kimə olmaz” -deyə təqsirləndirilən şəxs belə cavab verib.

Yanğının qarşısının alınması haqda danışan M.Abdullayev deyir ki, narkoloji mərkəzin həyətində böyük bir hovuz var, 6 ton su tutur. Oranı qamış basmışdı. Dəfələrlə “Azərsu”ya müraciət ediblər ki, ora təmizlənsin, lazım olanda hovuzun suyundan istifadə eləsinlər. Amma heç bir tədbir görülməyib.

“İttihamda yazılıb ki, bu hadisə qəsdən törədilib. Əgər belədirsə, o halda, mən niyə buna görə mən məsuliyyət daşımalıyam? Mənə qarşı irəli sürülmüş ittiham reallıqdan kənardır. Ona görə də barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm. Nəzərə alın ki, himayəmdə iki azyaşlı övladım var, özüm də yüksək şəkər xəstəliyindən əziyyət çəkirəm”, – M.Abdullayev ifadəsini yekunlaşdırıb.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...