11-02-2019, 16:16 Oxunub: 165
Bakıda “999” nömrəli “Mercedes”lə tutulan Sunay kimdir?

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü barəsində yeni məlumatlar ortaya çıxıb.
“Qafqazinfo verdiyi məlumata görə, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur.
O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb.
Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.
Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb. Bildirilir ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ
13:47 | “Yaprak dökümü”nün aktrisası səhnədən uzaqlaşdı — FOTOLAR 13:18 | Sellofan formalı “kiçik Messi”nin anası danışdı — “Hər gün ölüm qorxusu ilə yaşayırıq” 13:00 | Kamal Abdulladan təqaüdlərin artırılmasına — MÜNASİBƏT 12:43 | Əkizləri bir də makiyajsız görün — FOTO 12:30 | Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağdan danışdı 12:16 | Dünya mediası Putini “nokauta salan qadın”dan danışır – Fotolar 12:00 | Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” – Video 11:47 | Azərbaycanın ən varlı rayonları açıqlandı 11:30 | Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam 11:12 | İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir” 11:00 | Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video 10:39 | “Təxribatlara uymayın” – Rusiya azərbaycanlıları 10:21 | Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO 10:11 | “Sarı jiletlər”in etiraz aksiyası başladı 10:00 | Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA