Ərdoğanın tənqid etdiyi aktrisanın qalmaqallı görüntüləri yayıldı - FOTO/VİDEO
Hadise
Oxunub: 564
16 fev 2019 | 11:59
Ərdoğanın tənqid etdiyi aktrisanın qalmaqallı görüntüləri yayıldı - FOTO/VİDEO















Aktrisa Dəniz Çakırın hicablı qadınlara hücum edərkən lentə alınan kadrları yayılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum etdiyi qadınlar tərəfindən məhkəməyə verilən aktrisa hadisəni inkar etsə də, faktlar ortaya çıxıb. Görüntülərdə Çakırın təcavüzkar davranışı, hicablı qızları telefonla çəkməyə çalışdığı, əl-qol hərəkətləri etdiyi, yanındakı yoldaşlarının və klub personalının isə onu sakitləşdirməyə çalışdıqları aydın şəkildə görünür. Bundan başqa, hadisənin baş verdiyi kafenin meneceri və şöbə müdiri də prokurorluğa ifadə verib.

Qadınların şikayətindən sonra Dəniz Çakır İstanbul Respublika Baş Prokurorluğuna istintaqa verdiyi ifadədə bunları deyib:

“Ərəbistan sözünün keçdiyi yeganə cümləni öz masamdakı yoldaşlarımın eşidəcəyi səs tonu ilə “İçki verilən bir məkanda içdiyim içkiyə qarışırlar və çəkdiyim fotoya mühakimə edərək baxılar” dedim. Bura Ərəbistandırmı? Bura Atatürkün Türkiyəsidir. Ancaq bu çıxışımı qətiyyən qarşı tərəfin eşidəcəyi səs tonuyla və ya onlara xitabən demədim. Üzərimə atılan heç bir ittihamı qəbul etmirəm”.

Prokurorluq Çakırın mənsub olduğu dinin əmr və qadağalarına uyğun davranmamasından dolayı təhqir cinayəti üzrə aparılan istintaqın davam etdiyini bildirib.

Hadisəsinin yaşandığı klubun iki işçisinin prokurorluqda Dəniz Çakır əleyhinə verdikləri ifadələr bunlardır:

(Menecer): “Ofisiantlardan mübahisə olduğunu eşidib 7-8 nəfərlik qrupun yanına getdim. Yan masadakılar “Dəniz Çakır bizim şəkillərimizi çəkir” dedilər. Mən də onlarla danışaram deyərək Çakırın masasına yönəldim. Çakırın yanındakı qadından əgər şəkil çəkibsə, onları silməsini xahiş etdim. Bundan sonra Çakır “Niyə hicablı qadınların gəlməsinə icazə verirsiniz? Bura spirtli içki verilən məkandır” dedikdən sonra qarşı tərəfin eşidəcəyi şəkildə “Bura Ərəbistan deyil” deyə çığırdı”.

(Şöbə müdiri): “Çakır hicablı qızların masasının yanından keçərkən onlara xitabən “Nə baxırsınız ee?” – deyə səsini qaldırdı, sonra da “Sizin yeriniz bura deyil, Ərəbistana gedin”, – dedi və aralarındakı mübahisə böyüdü. Kafenin əməliyyat direktoru ilə hər iki stolda da əyləşənləri sakitləşdirməyə çalışdıq. Sonra Çakır qızların şəkillərini çəkmək istədi. Yoldaşı telefonu alaraq aktrisanın şəkil çəkmədiyini göstərdi. Mən Çakırın əlini tutaraq “İki uşaq atasıyam. Məni işsiz qoymayın” – dedim. Çakır çıxandan sonra qrupun yanına gedərək onlardan üzr istədim”.

Xatırladaq ki, aktrisanın hicablı qadınlara qarşı kobud rəftarını ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında kəskin tənqid etmişdi.

Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi