“Dəniz” kafesində başlayan dəhşətli qətilin səbəbləri – Qərardan narazı qalan tərəflər
Hadise
Oxunub: 480
22 fev 2019 | 10:13
“Dəniz” kafesində başlayan dəhşətli qətilin səbəbləri – Qərardan narazı qalan tərəflər















Dünən Beynalxaq Mətbuat Mərkəzində 2015-ci il yanvarın 8-də baş verən Qaradağ rayonu, Sahil qəsəbəsində dəhşətli qətil hadisəsində təqsirli bilinən şəxsin Tərlanov Zaur Ənvər oğlunun hüquqlarını qoruyan müdafiəçisi ailəsi və jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçrilib.

Xatırladaq ki, hadisə 8 yanvar 2015-ci il tarixində saat 17 radələrində Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Dəniz” kafesində Tərlanov Zaur Ənvər oğlu öz dostu Xəlilov Anar Zəkəriyyə oğlu ilə birlikdə çay içərkən, oraya ”nigahdan kənar həyat yoldaşı Aslanova Xanım Əlibala qızı ilə Cavid Rəhimovun 2014-ci ilin avqust-sentyabr aylarından şəxsi münasibətdə və cinsi əlaqədə olması ilə bağlı” aralarında şəxsi, qərəzli münasibətlər zəminində mübahisə düşüb. Bundan sonra aralarında mübahisəni həll etmək üçün Cavid və Cahid qardaşları Zaur Tərlanova dəniz kənarına getməyi və xanım Aslanovaya görə yaranmış mübahisəni davam etdirməyə təkid edib. Mübahisə zamanı Zaur Tərlanov Cavid və Cahid Rəhimov qardaşlarını öldürmək qərarına gəlib.

İttiham aktında qeyd olur ki, Zaur Tərlanov idarə etdiyi avtomobilinin arxa oturacağında olan ”Vinçester” silahla xüsusi amansızlıqla Cavid və Cahid qardaşlarını qətlə yetirib.

Məhkumun müdafiəçisi jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Zaur Tərlanov öz namusunu və şərəfini özünü müdafə etdiyi üçün Cavid və Cahid qardaşlarına atəş açıb:

“Biz təqsirləndirilən tərəf olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayyət Kollegiyası 23 iyul 2018 -ci il tarixli hökmü ilə razılaşmayaraq bildirdik ki, Zaur Tərlanov ondan qorxub qaçdığından və qəsəbəyə gəlmədiyindən onu öldürmək üçün real şərait olmayıb və o, silahla Zauru öldürəcəyini dəfələrlə deyib, sadəcə, Zaur Tərlanov ondan qorxub qaçdığından onu öldürmək üçün real şərait olmayıb. O cümlədən verilmiş kassasiya şikayyətində Bakı Apeliyasiya Məhkəməsinin 05 may 2017 -ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi dəfələrlə xahiş olunub.

Məhkumun müdafiəçisi olaraq kassasiya şikayyətində bildirdik ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən məhkumun əməli əsassız olaraq bir qardaş diğərinin gözü qarşısında öldürməyə görə xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi tövsif edilsin”.

Həmçinin müdafiəçi qeyd edir ki, işin apellyasiya məhkəməsində baxış zamanı müdafiə nitqi üçün vaxt istəyib və ona cəmi 30 dəqiqə vaxt verilib: “Bundan başqa işin gedişində şahid ifadələri fonoskopik ekspertiza rəyi telefon danışıq protokolları və digər maddi sübut kimi qəbul edilməməsi, şahidlərin məhkəməyə çağırılmaması, kamera görüntülərinin gizlədilməsi, 96 vərəq telofon danışıqlarının əlavə edilməməsi bir növ məhkəmələrin qərəzli olmasını sübut edir.

İbtidai istintaqda və birinci instansiya məhkəməsində ümumilikdə dindirilən 29 nəfər şahidlərin ifadələri onun lehinə olub, ifadələrin doğruluğunu təsdiq edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.04.2016-ci il tarixli hökmünün təsviri hissəsində qeyd olunan şahidlərin ifadələrinə istinad edilsə də, sonda qiymət verilməyib. Nəticədə, Bakı Ağır Cinayyətlər Məhkəməsi heç bir şahidin ifadəsinə əsaslanmadan, subyektiv qərar çıxarıb. Dindirilən şahidlərdən heç birinin Z.Tərlanovu müdafiə edən ifadələri məhkəmə kollegiyası hökmə əlavə etməyib.

”Dəniz” kafesindən hadisənin baş verdiyi əraziyə qədər olan marşrut üzrə müşahidə kameralarının görüntüləri gizlədilib. 08/01/2015 tarixində hadisə zamanı onun qaçmaq imkanı məhdudlaşdırılıb yolu kəsən arxa tərəfdə dayanan ağ rəngli ”Toyata Prado”avtomobili və qarşı sağ tərəfdə dayanan qara rəngili ”Mercedes” avtomobili və həmin maşınlarda olan şəxslərin Cavid Rəhimovla münasibətləri, həmin an Rəhimov qardaşları tərəfindən gizlədilib. Mərhum Rəhimov Cavidə məxsus (050)516 86 86 və digər (051)770 35 68 nömrəsindən çıxarışlarda onun Zaur Tərlanovla dostluq münasibətində olan şəxsləri axtarıb, onları təhdid edib.

Bizim tələbimiz odur ki, Zaur Tərlanov və onun ailə üzvülərinə qarşı mütamadi davam edən qanunsuz və əxlaqa zidd nalayiq hərəkətləri və onu öldürəcəkləri barədə hədələməsinin, psixoloji təzyiqi altında dəniz kənarına aparıb öldürəcəklərinin real təsiri ilə zəruri müdafiə həddini aşmaqla törədib. Hesab edirik ki, bütün bu halların heç biri nəzərə alınmayıb. Qarşı tərəfin əsassız təyziq və təhdidlərindən məhkəmə və dövlət orqanlarına göstərdiyi təyziqlər səbəbindən bu iş dəqiq araşdırılmır”.

Sonda təqsirləndirilən şəxsin Zaur Tərlanovun atası ölkənin bütün güc strukturlarından bu işə ədalətli baxılmasını xahiş edib:

“Hesab edirəm ki, bizim ölkənin başçısı Cənab Prezident İlham Əliyev bu işin şəxsən obyektiv araşdırılmasına tapşırıq və göstəriş verəcək. Qarşı tərəf öz gücündən istifadə edir, lakin mənim ölkəmizin ali qanunlarına hörmət edən şəxslərə qarşı inamım ölməyib. Bizim ziyalı ailəmiz var, elə bir insanla qarşı-qarşıya dayanmışıq, bunu necə anladım, bilmirəm.

Bu gün mən Qaradağ rayonunda kriminal ailə kimi ad çıxaran insanlarla mübarizə aparıram. Belə bir Allahsızlıq olmaz namusuna xələl gələn bizim ailəmiz, zərərçəkən onların”.(reportyor.info)
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı