İdman
6-03-2019, 11:35 Oxunub: 396
Gülnarə Kərimova həbs olundu

Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.
Bu barədə Lenta.ru ölkənin Baş prokurorluğuna istinadən məlumat yayıb. Qeyd olunur ki, onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə ilə əvəzlənib.
2017-ci ilin dekabr ayında Gülnarə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilsə də, yarım ildən sonra onun cəzası yüngülləşdirilərək beş il müddətinə azadlığın məhdudlaşdırılması (ev dustaqlığı) ilə əvəzlənmişdi.
Onun evini tərk etməsinə, həmçinin, rabitə-kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulmuşdu. Bununla belə, Kərimovanın məhkəmə icraçılarının tələblərinə məhəl qoymadığı bildirilirdi.
2018-ci ildə Kərimovanın ölkədən qaçaraq Dubaya pənah apardığı xəbəri yayılmışdı.
Qeyd edək ki, Gülnarə Kərimova ölkəsində vergidən yayınma, dövlət vəsaitlərinin talanı, şantaj yolu ilə pul alma və ofşor şirkətlərinin olduğunu sübut edən sənədləri bilərəkdən məhv etməkdə təqsirli bilinirdi.
XƏBƏR LENTİ
23:39 | Davudoğlu yeni partiyasını rəsmən elan etdi 22:45 | Millinin baş məşqçisi istefaya göndərildi 22:35 | Vilayət Eyvazov mayoru rəis təyin etdi 22:34 | Prezidentdən 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında — Sərəncam 22:34 | İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı 22:33 | Dövlət Komissiyasının tərkibi dəyişdi — SİYAHI 22:21 | “Yarışmanı oğurlayıb “O səs qayınanalar” keçirsinlər” 21:48 | Yeni başçı Şirvanda problemlə üzləşib... - İDDİA 21:17 | Əhmədzadənin xırıd etdiyi büdcə pulları... - İDDİA 20:44 | Əlillər məhkəmə özbaşınalığı ilə üz-üzə... - İTTİHAM 20:18 | "Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..." - deputat 19:49 | Astara sakinləri təhlükə ilə üz-üzə... - GİLEY 19:24 | “Sipark İnşaat”da ölüm işi necə ört-basdır edilib? – Şok təfərrüat 18:44 | “Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri 18:21 | Aqrar Universitetdə nələr baş verir? - QALMAQAL