7-03-2019, 11:51 Oxunub: 253

Rusiyada dəhşətli qəzada ölən azərbaycanlıların meyiti ölkəmizə gətirilir

Rusiyada dəhşətli qəzada ölən azərbaycanlıların meyiti ölkəmizə gətirilir















Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində həlak olan 6 azərbaycanlının cənazəsi bu gün Azərbaycana göndəriləcək.

Bu barədə Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, artıq cənazələrin göndərilməsi ilə bağlı bütün sənədləşmə işləri başa çatmaq üzrədir: “Bu gün Moskva vaxtı ilə saat 10:00-da cənazələr ölüxanadan təhvil alınacaq. Dünyasını dəyişənlərin əksəriyyətinin yaxınları da gəliblər. Gün ərzində bütün işlər başa çatdırılacaq və cənazələr Azərbaycana yola salınacaq”.

F. Yarıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 azərbaycanlıdan birinin vəziyyəti ağırdır: “Digər iki azərbaycanlının vəziyyəti stabildir. Yaralılar Nevinnomısk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər”.

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət alıblar.
Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirildi Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirildi Hadise Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq Medeniyyet Rusiyada dəhşətli qətl - Azərbaycanlını öz dükanında yandırdılar Rusiyada dəhşətli qətl - Azərbaycanlını öz dükanında yandırdılar Hadise Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilir Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilir Kriminal Gəncədə mikroavtobusun divara çırpılması nəticəsində 20-ə yaxın sərnişin xəsarət alıb (Yenilənib) Gəncədə mikroavtobusun divara çırpılması nəticəsində 20-ə yaxın sərnişin xəsarət alıb (Yenilənib) Gundem / Hadise