14-03-2019, 11:50 Oxunub: 307

Hakimlər qızı zorlayanlara bəraət verdi: Gözlənilməz səbəb gətirildi

Hakimlər qızı zorlayanlara bəraət verdi: Gözlənilməz səbəb gətirildi















İtaliyanın Ankona şəhərində 200-dən çox insan məhkəmə binasının qarşısında etiraz aksiyası təşkil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhər sakinləri hakimlərin qərarından şoka düşüblər.

Məlumata görə, hamısı qadınlardan ibarət olan hakimlər qrupu qızı zorlama üçün cazibəsiz hesab ediblər və bununla da, şübhəlilər bəraət qazanıblar.

2017-ci ildən gedən cinayət işi üzrə məhkəmə hökmü 2019-cu il martın 8-də dərc edilmişdi. Hakimlərin verdiyi qərarın əsaslandırılmasına görə, qadın kişini xatırladırdı və buna görə də o, cazibəsiz idi. Müttəhimlərin sözlərinə görə, qadın onları cəlb etmirdi.

Bildirilir ki, cinayətin qurban şəhəri tərk etməyə məcbur olub, çünki kişiləri məhkəməyə verən qadın sakinlərin sərt qınağına məruz qalıb. İtaliyanın qanunvericiliyinə görə zərərçəkənin adı açıqlanmayıb.

Etiraz aksiyasının iştirakçıları hökmə yenidən baxılmasını tələb edirlər.
Rusiyada minlərlə insan etiraz aksiyası keçirdi Rusiyada minlərlə insan etiraz aksiyası keçirdi Siyaset Nardaranlıların məhkəməsi: Hakimlərə ayaqqabı atdılar Nardaranlıların məhkəməsi: Hakimlərə ayaqqabı atdılar Hadise Yerevanda etiraz aksiyasının iştirakçıları dağılmaq qərarına gəldilər Yerevanda etiraz aksiyasının iştirakçıları dağılmaq qərarına gəldilər Dunya Marneuli azərbaycanlıları etiraz aksiyası keçirdi Marneuli azərbaycanlıları etiraz aksiyası keçirdi Gundem Şamaxıda etiraz aksiyası Şamaxıda etiraz aksiyası Bolge