16-03-2019, 12:00 Oxunub: 289

Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı yeni faktlar – Video

Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı yeni faktlar – Video















Ötən gün Sumqayıtda baş verən dəhşətli yol qəzasında ölən qardaşlar bu gün dəfn ediləcək.

Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində “Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin “KamAZ” markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində ölən 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu bu gün Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılacaq.

Məlumata görə, Zəkiyev qardaşları “Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Publika.az-a bildirilib ki, Fərid Zəkiyev artıq evə buraxılıb.

Digər məlumata görə, dəhşətli hadisədə vəfat edən Mikayıl Zəkiyev Türkiyədə Yıldırım Bəyazid Universitetinin məzunudur. O, motosiklet və tatuaj həvəskarı olub. Vahid isə yenicə işə qəbul olubmuş. Əslən Quba rayonundan olan qardaşları Bakı şəhər Balaxanı qsəbəsində böyüyüblər və bu gün saat 12-də qəsəbə məzarlığında dəfn ediləcəklər.

Bakıda dəhşətli qəza: dörd nəfər öldü Bakıda dəhşətli qəza: dörd nəfər öldü Hadise Azərbaycandakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR (YENİLƏNDİ) Azərbaycandakı dəhşətli hadisədə ölənlərin sayı 4-ə ÇATDI - ADLAR (YENİLƏNDİ) Kriminal Bakı-Quba yolunda qəza - Ölən var Bakı-Quba yolunda qəza - Ölən var Hadise Deputatın yaxın qohumlarının həlak olduğu dəhşətli qəzadan (VİDEO) Deputatın yaxın qohumlarının həlak olduğu dəhşətli qəzadan (VİDEO) Hadise Sumqayıtda dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB Sumqayıtda dəhşətli qəza: Ölənlər var – YENİLƏNİB Hadise