“Kişi qadından aldığı pulu geri qaytarar”- ölkədən qaçan müstəntiqin adı keçən məhkəmədə gərginlik
Hadise
Oxunub: 493
15 apr 2019 | 13:16
“Kişi qadından aldığı pulu geri qaytarar”- ölkədən qaçan müstəntiqin adı keçən məhkəmədə gərginlik














Oğlu maşınla şəhid qızını vurub öldürən iş adamının adı daha bir məhkəmədə keçir. Qalmaqallı iş daha bir polis əməkdaşının məsuliyyətə cəlb edilməsi ilə nəticələnib.

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Təzəgül Xəlilova ifadə verib.

O, zərərçəkmiş Elvar Xəlilovun bacısıdır. Şahid bildirib ki, qardaşı həbs edilməzdən əvvəl də, həbs ediləndən sonra da Zakir Məmmədovla görüşüb.

Təzəgül Xəlilova bildirib ki, borc pul taparaq Zakir Məmmədova veriblər, amma Z.Məmmədov vədinə əməl etməyib.

Z.Məmmədov isə söyləyib ki, o, sadəcə olaraq Təzəgül Xəlilovanı müstəntiq Vüqar Abbasovla görüşdürüb.

Təzəgül Xəlilova isə deyib ki, Zakir Məmmədovla görüşü məhz bu işin həlli ilə bağlı olub və pulu da həmin məqsədlə verib.

Məhkəmədə iştirak edən zərərçəkmiş Elvar Xəlilovun prosesin gedişinə müdaxilə etməsi gərginlik yaradıb. “Kişi qadından aldığı pulu geri qaytarar” deyən Elvar Xəlilova məhkəmə xəbərdarlıq edib.

Proses sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.

Növbəti məhkəmə iclası aprelin 22-nə təyin edilib.

İttihama görə, Zakir Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin vaxt həbsdə olan Elvar Xəlilov həbsxanadan ona zəng edib. Elvar Xəlilov tanışı olan Zakir Məmmədovdan həbsdən çıxmasına kömək etməsini istəyib.

Elvar Xəlilovun cinayət işi üzrə istintaqı isə Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov aparırmış. Elvar Xəlilov həyat yoldaşından 4 min manatı Zakir Məmmədovla birlikdə müstəntiq Vüqar Abbasova verməsini xahiş edib. Zakir Məmmədov da onun xahişini yerinə yetirib. Amma bu iş alınmayıb.

İşin alınmamasının isə ilginc səbəbi var. Belə ki, müstəntiq Vüqar Abbasov həmin ərəfədə iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işini araşdırırmış.

Rəhim sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla şəhid qızını vururaq öldürmüşdü. Vüqar Abbasov isə işi gizlədərək, qəzanı guya Rəhimovların sürücüsünün törətdiyini qeyd edərək, Rəhim Rəhimovu məsuliyyətdən kənara qoymağa çalışıb.

Məsələ ictimailəşdirildikdən sonra müstəntiq Vüqar Abbasovun əməlləri ifşa olunmuşdu. O, vəzifəsindən qovulduqdan sonra ölkədən qaçıb və hazırda axtarışdadır.

Həbsdə olan Elvar Xəlilov azadlığa çıxandan sonra Zakir Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Zakir Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zakir Məmmədov özünü təqsirli bilmir və deyir ki, pulu Vüqar Abbasova verib. Bu işdə nəyisə həll etmək səlahiyyəti olmayıb və sadəcə Elvar Xəlilovun xahişini yerinə yetirib.

Elvar Xəlilovun adı indi başqa bir məhkəmə işində keçir. Həmin işdə də Elvar Xəlilov zərərçəkmişdir. Həmin işdə Elvar Xəlilov axtarışda olan Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun köməkçisi olmuş Elnur Babayevdən şikayətçidir.

Elnur Babayevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərdrliyi ilə araşdırılır. Həmin işdə Elnur Babayev, həmçinin “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimova qarşı dələduzluqda da ittiham edilir. Belə ki, Elnur Babayev Akif Rəhimovdan ümumilikdə, 52500 manat pul alıb. Bunun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş.

Xatırladaq ki, 2017-ci il noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi.

Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq