15-05-2019, 14:00 Oxunub: 449

Anbardan 40 minlik ayaqqabı oğurlayan şəxs tutuldu

Anbardan 40 minlik ayaqqabı oğurlayan şəxs tutuldu















Mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkən Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Narkotik satan şəxslər tutuldu Narkotik satan şəxslər tutuldu Kriminal Marketdə qadının çantasını oğurlayan şəxs tutulub – FOTO Marketdə qadının çantasını oğurlayan şəxs tutulub – FOTO Hadise Traktor qaçıran şəxs tutuldu Traktor qaçıran şəxs tutuldu Kriminal Sumqayıtda nəzir qutusundan pul oğurlandı Sumqayıtda nəzir qutusundan pul oğurlandı Hadise Metroda cibgirlik edən şəxs saxlanıldı Metroda cibgirlik edən şəxs saxlanıldı Hadise