10-06-2019, 19:42 Oxunub: 293

Oğlunun səhvinə görə, ataya qadın paltarı geyindirdilər — Zərdabda namus cəzası

Oğlunun səhvinə görə, ataya qadın paltarı geyindirdilər — Zərdabda namus cəzası












Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.
Report xəbər verir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıblar. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.
M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.
Salyanda 24 yaşlı qadın intihar edib Salyanda 24 yaşlı qadın intihar edib Hadise 32 yaşlı qadın baldızları tərəfindən döyüldü 32 yaşlı qadın baldızları tərəfindən döyüldü Hadise 62 yaşlı qadın 73 yaşlı ərini öldürdü — Cinsi istəklərindən bezdiyi üçün + VİDEO 62 yaşlı qadın 73 yaşlı ərini öldürdü — Cinsi istəklərindən bezdiyi üçün + VİDEO Hadise Qonşu ölkədə sakinlər 9 yaşlı qıza təcavüz edən 60 yaşlı kişini döydü Qonşu ölkədə sakinlər 9 yaşlı qıza təcavüz edən 60 yaşlı kişini döydü Hadise 8 yaşlı qızını zorlayan ögey ataya hökm oxundu - Maştağanı şoka salan hadisə 8 yaşlı qızını zorlayan ögey ataya hökm oxundu - Maştağanı şoka salan hadisə Kriminal