12-06-2019, 09:35 Oxunub: 207

Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb, ölən və yaralanan var

Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb, ölən və yaralanan var


Bu gün gecə saatlarında “Bibiheybət” yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

“Hadisə barədə məlumat “təcili yardım”a saat 3:37-də daxil olub.

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”, – deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.
Bakıda gənc qız və oğlan binadan atılaraq intihar edib Bakıda gənc qız və oğlan binadan atılaraq intihar edib Hadise “Olimpiya” stadionunun yaxınlığında avtoqəza olub, xəsarət alanlar var “Olimpiya” stadionunun yaxınlığında avtoqəza olub, xəsarət alanlar var Hadise Şüvəlanda restoranda ölüm hadisəsi baş verib Şüvəlanda restoranda ölüm hadisəsi baş verib Hadise Bakıda xəstəxanada ara qarışdı – Həkimlər, xəstələr təxliyyə olundu (Video) Bakıda xəstəxanada ara qarışdı – Həkimlər, xəstələr təxliyyə olundu (Video) Hadise Bakı-Qazax yolunda yük maşını aşdı, ölən var - YENİLƏNİB Bakı-Qazax yolunda yük maşını aşdı, ölən var - YENİLƏNİB Hadise