12-06-2019, 18:49 Oxunub: 276

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü – Açıqlama

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü – Açıqlama











Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova vəfat edib.

65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib

Cərrah baku.ws-ə açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirib:

“Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi.

Hazırda araşdırma gedir. Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş.
Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub”.

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: “Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik”.
Tanınmış ginekoloq əməliyyatda öldü - “Medical Plaza”da növbəti faciə Tanınmış ginekoloq əməliyyatda öldü - “Medical Plaza”da növbəti faciə Hadise Plastik cərrah Vaqif Qələndərli 8 yaşlı uşağı şikəst edib? – (FOTOLAR) Plastik cərrah Vaqif Qələndərli 8 yaşlı uşağı şikəst edib? – (FOTOLAR) Sosial / Dunya Gənc qızı ölümcül hala saldığı deyilən həkim danışdı, polislə hədələdi – VİDEO Gənc qızı ölümcül hala saldığı deyilən həkim danışdı, polislə hədələdi – VİDEO Sosial Sumqayıtda yenə xəstə - bu dəfə 28 yaşlı qız cərrahiyyə əməliyyatından sağ çıxmayıb Sumqayıtda yenə xəstə - bu dəfə 28 yaşlı qız cərrahiyyə əməliyyatından sağ çıxmayıb Hadise Sağlam ayağı kəsilən qadının digər ayağı da amputasiya edildi Sağlam ayağı kəsilən qadının digər ayağı da amputasiya edildi Hadise