Generalın bacanağı məhkəmə zalında həbs olundu – Təfərrüat
Hadise
Oxunub: 621
14 in 2019 | 09:36
Generalın bacanağı məhkəmə zalında həbs olundu – Təfərrüat



Sübahir Qurbanovun qohumları kimin qəzəbinə gəlib və…

Ləğv edilən nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun qohumlarının həbsi davam edir. Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində proses zalında qandallanıb.

O, Cinayət Məcəlləsinin 178-ci – dələduzluq maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Generalın başqa bir qohumu – qaynı Elçin Qurbanov da bir müddət öncə eyni ittihamla 4 il 6 azadlıqdan məhrum edilmişdi. E.Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri işləyərkən dələduzluq etməkdə suçlu bilinib. M.Talıbovun oğlu Fərid Talıbov haqqında da dələduzluq suçlaması ilə cinayət işi olub. Həmin cinayət işi ayrıca icraata götürülüb. Hər 3 iş üzrə zərərçəkən qismində tanınan Amid Hüseynovdur.

Generalın bacanağı məhkəmə zalında həbs olundu – Təfərrüat


Sübahir Qurbanov
Elçin Qurbanovun epizodunda söhbət Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Qulu Hüseynovun həbsdən buraxılmasından gedir. Bu qəza 2012-ci il iyunun 1-də baş verib. Həmin gün səhər Bakı-Qazax yolunun 145-ci kilometrliyində, Qarasu kəndinin ərazisində Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Qulu Məhərrəm oğlu Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı, Az 90 HJ 898 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Zamir Zakir oğlu Hüseynovun idarə etdiyi “VAZ-2106″ markalı, Az 10 XN 665 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində ”VAZ-2106″ markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 2006-cı il təvəllüdlü Zakir Zamir oğlu Hüseynov və 1956-cı il təvəllüdlü Zəminə Ağababa qızı Hüseynova hadisə yerində ölüblər, 1983-cü il təvəllüdlü Şəhla Vaqif qızı Həmənova, “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü Gülüzə Həşrəf qızı Hüseynova ağır xəsarət alıblar. Qəza “Mersedes” sürücüsünün günahı üzündən baş verib. Cinayət işinin materiallarında yazılıb ki, o dövrdə Elçin Qurbanovla Qulu Hüseynovun oğlu Amid Hüseynov Türkiyədə tanış olub. Qulu Hüseynovun azadlığa çıxması məsələsindən söhbət düşəndə Elçin Qurbanov deyib ki, tanışları var, əfv siyahısına salınmasına kömək edə bilər. Amid Hüseynovun iddiasına görə, o, Elçin Qurbanovun prokurorluqda işləməsini nəzərə alıb, onun bu işi görə biləcəyini düşünüb və atasını həbsdən buraxdırmaqdan ötrü 10 min dollar pul verib. Ancaq üstündən uzun müddət keçsə də, nə pulu geri qayıdıb, nə də atası buraxılıb. Elçin Qurbanov isə deyib ki, bu deyilənlər yalandır, qarşı tərəfin ona qərəzi var, bu səbəbdən haqqında həqiqətə uyğun olmayan ifadələr verir. Onun sözlərinə görə, Amid Hüseynov Əfv Komissiyasına atası ilə bağlı ərizə yazmaq üçün kömək istəyib. O da bacardığını eləyib, ərizə yazıb. Sabiq prokurorluq əməkdaşı bildirir ki, bu köməyin müqabilində heç kimdən pul almayıb. E.Qurbanov 2015-2016-cı illərdə bir neçə dəfə 6 saylı cəzaçəkmə müəssisəsinə gedib, orada Q.Hüseynovla görüşüb. Özü də bunu təsdiqləyib. Məhkumun oğlu prokurorluq əməkdaşına etibarnamə də verib. E.Qurbanov isə deyib ki, etibarnamə hər ehtimala qarşı verilmişdi ki, əfvlə bağlı ortaya çıxa biləcək hər hansı məsələləri özü həll eləsin.

E.Qurbanov 2018-ci il fevralın 21-də vəzifəsindən azad edilib. Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Müsənnif Talıbov epizodunda isə Amid Hüseynov deyib ki, ona da pulu öncə atasının əfv siyahısına salınmasına görə, bu iş düzəlməyəndə isə ona məxsus torpağın sənədlərini qaydaya salmaq adı ilə verib. İddia edib ki, M.Talıbova 30 min manat pul verilib.

Ancaq M.Talıbov ittihamı qəbul etmir. Təsdiqləyir ki, A.Hüseynov torpaq sahəsi ilə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib. Lakin Türkiyəyə gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb: “İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim”.

Generalın qohumları zərərçəkmiş A.Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olması ilə izah edirlər.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb