Dövlətə xəyanət edənlər hansı halda bağışlana bilər – baş redaktorun həbsinə reaksiyalar
Hadise
Oxunub: 669
15 in 2019 | 18:21
Dövlətə xəyanət edənlər hansı halda bağışlana bilər – baş redaktorun həbsinə reaksiyalar













Müşviq Ələsgərli: “Jurnalist xaricdə xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa məcbur edilibsə, gəlib vətənində etiraf edə bilər”; Əsabəli Mustafayev: “Ən azı 20 il həbs cəzası gözləyir, ömürlük həbs də istisna deyil”

Xəbər verildiyi kimi, iyunun 12-də “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu İranla sərhəddə saxlanıb. O, həyat yoldaşı ilə qonşu ölkəyə gedirmiş.

Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü P.Aslanov dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində həbs edilib.

Rəsmi məlumatda deyilir ki, o, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb.

Eyni zamanda onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlamağa razılaşıb.

P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xəbərlərə görə, o, dini çevrələrdə tanınıb. İrana nə məqsədlə getmək istədiyi isə bilinmir.

Lakin bu həbsdən bir sual doğur: jurnalist xarici xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa cəlb edilibsə, vətəninə dönərək müvafiq orqanlara bunu etiraf edə, məsuliyyəti azalda bilər.

Dövlətə xəyanət edənlər hansı halda bağışlana bilər – baş redaktorun həbsinə reaksiyalar











Bu barədə “Yeni Müsavat”a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşviq Ələsgərlinin sözlərinə görə, jurnalistlər informasiya ilə işləyən adamlardır:

“Onlarda açıq və qapalı məlumatlar ola bilir, o zaman diqqət mərkəzinə gəlirlər. Bu halda hansısa xarici ölkənin xüsusi xidmət orqanının jurnalistlərə maraq göstərməsi təsadüfi deyil. Lakin hər hansı jurnalist xaricdə xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa məcbur edilibsə, canını qurtarıb razılıq verə, sonra gəlib vətənində etiraf edə bilər. Belə bir hal olub. Məsələn, ”Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid İranda bu cür situasiya ilə qarşılaşmışdı, məcbur edilmişdi. Sonra Bakıya gəlib mətbuat konfransı keçirdi, açıq şəkildə danışdı və buna görə onu narahat edən olmadı ki, niyə belə eləmisən”.

M.Ələsgərli bildirdi ki, Polad Aslanovun həbsində isə vəziyyət fərqlidir: “Bu il üç belə ”jurnalist” tutulub. Biri narkotiklə saxlanan Şəfəq Ağacandır, biri şantaj, hədə-qorxu ilə pul tələbetmə ittihamı ilə tutulan İkram Rəhimovdur, sonuncu da dövlətə xəyanət ittihamı ilə həbs edilən bu şəxsdir.

Mətbuat Şurası 10 ildir bu vəziyyəti elan edir, reket jurnalistikasına qarşı mübarizə aparır. Mən 4-5 ildir qeyd edirəm ki, reket dediyimiz həmin şəxslər jurnalist deyil. Sadəcə, öz maraqları naminə jurnalistikadan istifadə edirlər.

Dəfələrlə efirdə, müsahibələrimdə bildirmişəm ki, artıq həmin reket dediyimiz adamlar 10 il qabaqkılar deyil. Artıq bunların arasında narkotik biznesinə qurşanan, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlərə rast gəlirik. Onların sıralarında terrorçu qruplarla, etnik separatçılarla əməkdaşlıq edənlər də var. Elə ki, ifşa olunurlar, həbs edilirlər, onda özlərini jurnalist kimi təqdim edirlər”.

M.Ələsgərli deyib ki, beynəlxalq təşkilatlar Türkiyəni ən çox jurnalist həbs edilən ölkə olmasına görə tənqid edir: “Amma Türkiyə sübut etdi ki, tutulanlar jurnalist deyil, PKK ilə əməkdaşlıq edənlərdir. Ümumiyyətlə, bu gün internet imkan verir ki, müxtəlif adamlar jurnalist adından istifadə eləsin. Biz bunu 10 ildir deyirik. Pis hal odur ki, bu adamlar mediada özlərinə yer tuta bilirlər, müxtəlif qruplardan dəstək alırlar, himayə olunurlar. Çünki Azərbaycanda siyasi və iqtisadi qruplar var.

Misal üçün, Mətbuat Şurası İkram Rəhimova xəbərdarlıq edəndə bəzi media rəhbərləri deyirdilər ki, guya söz azadlığını boğuruq, basqı edirik. Həmin qondarma media qrup onu müdafiə elədi. Amma İkram başqa cinayətinə görə tutuldu. Bu gün bəzi “jurnalist”lər ayrı-ayrı siyasi qruplar arasında alətə çevriliblər. Mən məmurlara, siyasi təşkilatlara müraciət edirəm ki, bir-biri ilə mübarizə aparanda bu cür ünsürlərdən istifadə etməsinlər”.

M.Ələsgərli qeyd etdi ki, əvvəllər də dövlətə xəyanət ittihamı ilə tutulan jurnalist olub: “Nümunələr olub, amma belə geniş şəkildə yayılmamışdı. Bu gün texnologiya və siyasi qruplar imkan verir ki, geniş yayılsın”.

Dövlətə xəyanət edənlər hansı halda bağışlana bilər – baş redaktorun həbsinə reaksiyalar












Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əgər jurnalist əməkdaşlığa cəlb edildikdən dərhal sonra təhlükəsizlik orqanına müraciət etmiş olsa, dövlətin mənafeyinə zərbə vurmadığı aydınlaşsa, məsuliyyətdən azad edilə bilər: “Digər bir hal ondan ibarətdir ki, əgər bir müddət xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, sonra gəlib boynuna alırsa, o zaman dövlətin maraqlarına müəyyən qədər zərər vurduğu müəyyən edilsə, onun məsuliyyətinin dərəcəsi nəzərə alınacaq.

Üçüncüsü, təhlükəsizlik orqanları özü həmin şəxsi ifşa edir, istintaqa cəlb edir və o, əməlini boynuna almağa başlayır. Burada da etirafı rol oynaya bilər. Sadəcə, dediklərinin səmimiliyinə, vurduğu zərərin həcminə baxır. O baxımdan qanunda etirafın məsuliyyətdən azad edilməsi var. Lakin zərərin miqyasına baxılmalıdır”.

Hüquqşünas qeyd etdi ki, P.Aslanovun istintaqının yekunu bir çox məsələləri üzə çıxaracaq: “Bilmədiyimiz məsələlər var. Amma jurnalist dövlətin hansı sirrini öyrənə, ötürə bilər? Görünür, bunu açıqlayacaqlar. Çünki hər jurnalist dövlət sirrinə malik olmur. Məlumatda deyilir ki, jurnalist gedib xarici xüsusi xidmət orqanları ilə görüşüb, qəbzlər var. O qəbzlər də istintaqın sonunda təqdim oluna bilər”.

Jurnalisti ən aşağısı 20 il həbs gözlədiyini deyən müsahibimizin sözlərinə görə, dövlətə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilməsi də istisna deyil.

P.Aslanovun həyat yoldaşı Gülmira Aslanova özünün facebook hesabından açıqlama yayıb. Onun sözlərinə görə, iyunun 12-si təxminən saat 10:30 radələrində Polad, o və övladları Fatiməylə birlikdə Biləsuvar Gömrük Keçid Məntəqəsində saxlanılıblar: “Bizə sistemdə problem olduğunu bildirdilər. Bir neçə dəqiqədən sonra bizi təkrar yoxlama otağına saldılar. Telefonlarımızı aldılar. Təxminən bir saatdan sonra DTX-nin Biləsuvar rayon şöbəsindən 3 nəfər əməkdaş gəldi. Onlar da Poladı tək sorğuya çəkdilər. Ardından isə bizi DTX-nin Biləsuvar rayon şöbəsinə gətirdilər. Orada bildirdilər ki, bizi Bakıya aparıb, təhvil verməlidirlər”.

G.Aslanova yazıb ki, təxminən 2 saat sonra uşaqla onu özlərinin yaşadıqları mənzilə gətiriblər: “Evdə məhkəmə qərarı ilə axtarış apardılar. Polada məxsus kompüter, data-kart, nömrə, sənədlər, fotoaparat, videokamera və bir çox avadanlıqları müsadirə etdilər. Polad bəyin anasıgilin evində də axtarış apardılar. Həmin evdən Polada məxsus olmayan bir kitab və bir evdə lazım olmayan, yararsız telefon kartı, anası Gülər Aslanovaya məxsus telefonu aldılar.

Oradan da bizi DTX-yə apardılar. Təxminən məni 4-5 saat sorğuya çəkdilər. Gecə saat 1-in yarısında buraxdılar”.

Həyat yoldaşının dediyinə görə, 2017-ci ilə qədər Poladın xarici pasportu olmayıb: “Cəmi iki dəfə İrana, bir dəfə Gürcüstana gedib. Başqa heç bir ölkədə olmayıb”.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR