11-07-2019, 09:41 Oxunub: 179

Əbülfəz Bünyatov azadlığa buraxıldı

Əbülfəz Bünyatov azadlığa buraxıldı

Nardaran hadisələrinə görə həbs edilən Əbülfəz Bünyatov dünən azadlığa buraxılıb.

Minval.info-nun verdiyi xəbərə görə, Ə.Bünyatovun müraciətinə Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində baxıb.

Qərara əsasən, Ə.Bünyatov azad edilib. Bu barədə sosial mediada paylaşım edilib.

Xatırladaq ki, Ə.Bünyatov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı güllə yarası alaraq iflic olub. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə proseslərinə xərəkdə gətirilirdi və proses zamanı həkimin nəzarətində saxlanılırdı.
Ali Məhkəmədən Nardaran işində təqsirli bilinən iki nəfərlə bağlı qərar Ali Məhkəmədən Nardaran işində təqsirli bilinən iki nəfərlə bağlı qərar Hadise Mehman Hüseynov azadlığa buraxıldı – Foto – Video Mehman Hüseynov azadlığa buraxıldı – Foto – Video Siyaset / Video Əli Kərimlinin müşaviri azadlığa buraxıldı Əli Kərimlinin müşaviri azadlığa buraxıldı Hadise Nardaran hadisələrində tutulan 14 nəfər azadlığa buraxıldı Nardaran hadisələrində tutulan 14 nəfər azadlığa buraxıldı Hadise Nardaran hadisələri ilə bağlı həbs edilən şəxsə hökm oxundu Nardaran hadisələri ilə bağlı həbs edilən şəxsə hökm oxundu Hadise