13-07-2019, 22:19 Oxunub: 292

“Əli Kərimli qəsdən xuliqanlıq edib gündəmə gəlir“

“Əli Kərimli qəsdən xuliqanlıq edib gündəmə gəlir“













"O hər zaman ölkənin sabitliyini qoruyan polisləri provokasiyaya çəkir, təxribat törədir”

Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimli iyunun 28-də Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb və Binəqədi Rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Mətbuatın yaydığı məlumata görə, o, ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "həmrəylik marafonu” adı altında müxtəlif çağırışlar irəli sürüb və kampaniya təşkil edib.

Mövzunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, bu hadisə onun növbəti şousundan biridir:

"Ə.Kərimlinin əsas məqsədi siyasi gündəmdə qalmaq olub və bu səbəbdən də bu kimi xuliqanlıq hərəkətləri törədib. O, uzun müddətdir ölkədə siyasi sabitliyin pozulması üçün hər cür təxribata əl atır. Yəni istər dövlət tədbirləri olsun, istər ümummilli matəm mərasimləri olsun, o hər zaman təxribatlar törətməyə cəhd göstərir. O həm Xocalı soyqırımı qurbanlarının anım günündə, həm də 20 Yanvar şəhidlərinin xatirə tədbirlərində və s. bu cür əməllər törədib. Ə.Kərimli həmişə bilərəkdən təxribat törədərək polislə qarşıdurma yaradır. O bunu ölkəmizdə sabitliyin pozulmasına nail olmaq üçün edir. Bu, onun məkrli siyasətidir və o bu siyasəti uzun illərdir davam etdirir, lakin istəyinə nail ola bilmir. O, xalqdan dəstək qazana bilmir. Bütövlükdə, Ə.Kərimli bütün baş vermiş hadisələrdə özünü şou-biznes nümayəndələri kimi aparıb. Əli Mirəliyev və digər şou-biznesçilər kimi özünü mətbuatın gündəmində saxlamaq üçün müxtəlif uydurmalar yayır. Ə.Kərimli siyasi gündəmdə olmaq üçün şou-biznesçiləri təqlid edir. O hər zaman ölkənin sabitliyini qoruyan polisləri provokasiyaya çəkir, təxribat törədir. Bu, onun üçün adi haldır. İndi həbs edilməsini də siyasi şouya bənzədəcək və bir neçə gün sosial şəbəkələrdə bunu əlində "arqumentə” çevirəcək ki, mənə qarşı belə bir hərəkət edilib. Ə.Kərimli "mənəm, mənəm” azarına tutulub, bu hadisə də onun növbəti şousundan biridir”.

Ə.Kərimlinin xəbərdarlıq edildikdən sonra azadlığa buraxılmasını dövlət tərəfindən atılan humanist addım kimi dəyərləndirən N.Orduxanlının sözlərinə görə, ölkənin siyasi rəhbərliyində olan insanlar ağıllı adamlardır və onlar Ə.Kərimlinin bu kimi təxribatları məqsədli şəkildə törətdiyini bilirlər.

"Ona görə də hər dəfə onun planlarını pozurlar və imkan vermirlər ki, cəfəng əməllərini həyata keçirsin. Təbii ki, Ə.Kərimli qanun pozuntusuna yol veribsə, mütləq cəzalandırılmalıdır. Hələ ki, ona humanistlik göstərib xəbərdarlıq etməklə və cərimələməklə azadlığa buraxırlar. Xatırlayırsınızsa, keçən dəfə Şəhidlər Xiyabanında törətmək istədiyi təxribatlarla bağlı onu cərimələmişdilər. Bu da qanuni cəza növüdür. Görünür, hüquq-mühafizə orqanları onun hələlik bu formada cəzalandırılmasını məqbul sayırlar. Ən əsası odur ki, ictimaiyyət Ə.Kərimlinin məkrli planlarından xəbər tutmalıdır. Polis məmurunu təxribata çəkməklə həbs olunmasına zəmin yaradır və bunu da məqsədli şəkildə edib. Sizin diqqətinizi 2018-ci ilin prezident seçkilərinə yönəltmək istəyirəm. Onun seçki zamanı "Obyektiv” TV-də bir çıxışı var. O, canlı yayımda çıxış edərək "mən bilsəm ki, həbsim on minlərin, yüz minlərin ayağa qalxmasına səbəb olacaq, kiçik xuliqanlıq edib həbsə girməyə hazıram” deyib. Yəni hüquq təhsilli bir adam açıq şəkildə canlı yayımda belə bir fikir işlədib. Ola bilsin, veriliş canlı olduğu üçün, dediyinin fərqinə varmayıb, amma kiçik xuliqanlıq etməyə qadir olduğunu birbaşa deyib. Bu da ölkədə sabitliyi pozmaq cəhdi deyil, bəs nədir? Ə.Kərimlinin məqsədi ölkədə siyasi sabitliyin pozulması və vətəndaş qarşıdurmasının baş verməsidir, ancaq o buna heç vaxt nail ola bilməyəcək” - deyə N.Orduxanlı qeyd etdi.
Əli Kərimli saxlanıldı Əli Kərimli saxlanıldı Hadise Əli Kərimli azadlığa buraxıldı Əli Kərimli azadlığa buraxıldı Siyaset Əli Kərimli və Cəmil Həsənli saxlanıldı Əli Kərimli və Cəmil Həsənli saxlanıldı Hadise Əli Kərimli YAP-a işləyirmiş - VİDEOLAR YAYILACAQ Əli Kərimli YAP-a işləyirmiş - VİDEOLAR YAYILACAQ Siyaset “Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?” “Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?” Siyaset