Qəzalı binanın sakinlərinə sərt xəbərdarlıq — Təcili köçməlidirlər, səbr kasası daşır
Hadise
Oxunub: 479
6 avq 2019 | 18:17
Qəzalı binanın sakinlərinə sərt xəbərdarlıq — Təcili köçməlidirlər, səbr kasası daşır

Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər.
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir:

“1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb. Bina hələ Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə qəzalı hesab edilərək sökülməli idi.

Həmin il sakinlərin oradan köçürülməsinə başlanılaraq, binadan 23 ailə köçürülüb, sonradan isə işlər yarımçıq qaldığından buradakı boşalmış mənzillər Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar öz doğma yurdlarını tərk etmiş məcburi köçkünlər tətəfindən zəbt edilib. O zaman ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı sakinlərin köçürülməsi və binanın sökülməsi işləri təxirə salınıb”.

İ.Kərimov bildirib ki, keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşıb, bina yaşayış üçün tam yararsız vəziyyətə düşüb və burada hər an uçma təhlükəsi yaranıb:

“Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır. Hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləyib, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub.

Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanıb və praktiki olaraq buna nail olunub. 43 ailədən 25-i dövlət tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçüblər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina edib, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək, bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kampaniya təşkil etməyə cəhdlər də ediblər”.

O qeyd edib ki, ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşüb və görüş elə qəzalı binada keçirilib:

“Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayıb, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışıb. Həmçinin bu zaman bildirilib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.

Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina edib və maddi yardımlarını alıb binanı tərk ediblər. Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib. Hazırda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək, qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu ailələrdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köçkünlərlə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunub. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etdikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.
Daha 7 ailə isə sahəsi 12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilib. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər”.

İ.Kərimov əlavə edib ki, sözügedən binadakı vətəndaşlar təcili olaraq təxliyə olunmalıdırlar:

“Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləyib, onların şikayət və istəklərinə qulaq asıblar. Lakin bir vaxt səbr kasası daşa bilər. Əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmir, buna bilərəkdən yol verirlərsə, bu zaman qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər. Binanın hər an uça biləcəyini yaddan çıxarmaq olmaz. Bu zaman vətəndaşların həyatının təhlükəsizliyindən vacib heç bir şey ola bilməz”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO