10-08-2019, 15:48 Oxunub: 242

Bakıda qurbanlıq dana prospekti bir-birinə qatdı — VİDEO - YENİLƏNİB

Bakıda qurbanlıq dana prospekti bir-birinə qatdı — VİDEO - YENİLƏNİB

Dünən nəqliyyatın hərəkətinə mane olan öküzlə bağlı DİN məlumat yayıb.
Bildirilib ki, avqustun 9-da saat 17:00 radələrində S.Bəhlulzadə küçəsi 20 A-nın qarşısında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elbrus Fazil oğlu Təhməzova məxsus öküz qaçaraq Nəsimi və Nərimanov rayonu ərazilərində əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradıb, həmçinin, hərəkətdə olan avtomobillərə maddi ziyan vurub.

Buna görə də öküz saat 19:00-da Ziya Bünyadov prospekti 2096-cı məhəllədə ƏÇPA-nın əməkdaşları tərəfindən zərərləşdirilib.

***

Dananın Bakı küçələrində qaçması böyük marağa səbəb olub."Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bu hal ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Qurban bayramında kəsilməsi üçün alınan dana Ziya Bünyadov prospektində kənar yola çıxaraq qaçmağa başlayıb. Heyvan nəqliyyatın hərəkətinə də maneə yaradıb.

Dananı saxlamaq üçün hətta Post Patrul Xidməti əməkdaşlarının qoşulduğu əməliyyat bir müddət davam edib.
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək – SİYAHI Bakının mərkəzi küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək – SİYAHI Sosial Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar) Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar) Hadise DYP xəbərdarlıq etdi: “Noyabrın 15-dən…” DYP xəbərdarlıq etdi: “Noyabrın 15-dən…” Siyaset Prezident yeni çəkilən yolu sükan arxasında yoxladı — FOTO / YENİLƏNİB Prezident yeni çəkilən yolu sükan arxasında yoxladı — FOTO / YENİLƏNİB Siyaset Həftənin ilk iş günü ilə bağlı polisdən xəbərdarlıq Həftənin ilk iş günü ilə bağlı polisdən xəbərdarlıq Sosial