10-08-2019, 22:18 Oxunub: 254

Azərbaycanda sabiq icra başçısına cinayət işi açıldı

Azərbaycanda sabiq icra başçısına cinayət işi açıldı

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarov barəsində cinayət işi başlanılıb.

Azerinfo.az “e-huquq.az”a istinadən xəbər verir ki, sabiq məmuma qarşı Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsininə göndərilib.

Cinayət işi hakim Marif Kazımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Qeyd edək ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Bakıda vəzifəli şəxsə cinayət işi açıldı – ÖLÜM İŞİ Bakıda vəzifəli şəxsə cinayət işi açıldı – ÖLÜM İŞİ Hadise “Qaçqınkom”un keçmiş sektor müdiri və əməkdaşının cinayət işi MƏHKƏMƏDƏ “Qaçqınkom”un keçmiş sektor müdiri və əməkdaşının cinayət işi MƏHKƏMƏDƏ Sosial Rayon Təhsil Şöbəsinin sabiq müdiri barəsində cinayət işi başlanıb Rayon Təhsil Şöbəsinin sabiq müdiri barəsində cinayət işi başlanıb Hadise Rüşvət alan məmura cinayət işi açıldı - Azərbaycanda biabırçılıq Rüşvət alan məmura cinayət işi açıldı - Azərbaycanda biabırçılıq Hadise Ramiz Yediyarovun ifadəsi alındı - RÜŞVƏTƏ GÖRƏ Ramiz Yediyarovun ifadəsi alındı - RÜŞVƏTƏ GÖRƏ Dunya / Bolge