12-08-2019, 16:30 Oxunub: 326

Azyaşlı uşaq və əmisi otel balkonundan yıxıldı - Gəncədə

Azyaşlı uşaq və əmisi otel balkonundan yıxıldı - Gəncədə

Gəncə şəhərində 3 yaşlı uşaq otelin balkonundan yıxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə‚ hadisə avqustun 12-də “Delux” oteldə baş verib.

Belə ki, Bakı şəhər sakini‚ 2016-cı il təvəllüdlü Əli Mehralıyev otelin 3-cü mərtəbəsindəki balkonunda oynayarkən ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman onun əmisi‚ 1979-cu il təvəllüdlü Aydın Mehralıyev onu tutmaq istəyərkən o da yıxılıb. Nəticədə uşağın başın sağ nahiyəsinə yumşaq toxuma sıyrığı‚ əmisi isə açıq kəllə beyin travması, beyin qanaxması və sol tərəfin çox saylı qabırğalarının sınığı xəsarəti alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda kişi başından baltalandı, sağ qaldı Azərbaycanda kişi başından baltalandı, sağ qaldı Kriminal 65 yaşlı pakistanlı turist Bakıda otelin saunasında öldü 65 yaşlı pakistanlı turist Bakıda otelin saunasında öldü Hadise Mingəçevirdə bədbəxt hadisə — İt azyaşlı uşağı parçaladı Mingəçevirdə bədbəxt hadisə — İt azyaşlı uşağı parçaladı Hadise Azərbaycanda qolu sınan uşaq xəstəxanada öldü Azərbaycanda qolu sınan uşaq xəstəxanada öldü Hadise Özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı - Bakıda möcüzə kimi olay Özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı - Bakıda möcüzə kimi olay Hadise