13-08-2019, 13:40 Oxunub: 213

Almazbek Atambayev qətldə ittiham edilir

Almazbek Atambayev qətldə ittiham edilir

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev qətldə ittiham edilir.
Bu barədə İstintaqa Nəzarət üzrə Baş Prokurorluğun rəhbəri Zamir Beişekeev məlumat verib.

Onun sözlərinə görə, sabiq prezidentə qarşı qətl, qətlə cəhd, üsyanın təşkili, əsir götürmə və hökumət rəsmilərinə qarşı zorakılıq ittihamları irəli sürülüb.

Həmçinin Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev da bu məsələ ilə bağlı mətbuat konfransında çıxış edib.

“Mən bunu açıq şəkildə bəyan edirəm! Ona dövlət çevrilişini həyata keçirmək üçün qan tökmək lazım idi.
Onun evində böyük silah anbarı, o cümlədən, snayper tüfəngləri, tapançalar tapılıb. Xüsusi təyinatlı Atambayevin evinə hücum edərkən eks-prezidentin silahı ilə öldürülüb”.

Xatırladaq ki, avqustun 7-də xüsusi təyinatlılar Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına gələrək onu həbs etməyə çalışıb, lakin sabiq ölkə rəhbərinin tərəfdarları ilə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma yaşanıb. A.Atambayev iğtişaş zamanı silahla atəş açdığını etiraf edib.

Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib. A.Atambayev avqustun 8-də saxlanılıb.
Atambayev xalqa atəş açmamağı tələb etdi – Video Atambayev xalqa atəş açmamağı tələb etdi – Video Hadise Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 43 nəfər yaralanıb, 1 xüsusi təyinatlı ölüb – Foto, video Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 43 nəfər yaralanıb, 1 xüsusi təyinatlı ölüb – Foto, video Hadise Prezidentdən skandal sözlər… – “Suriyaya getmək istəyənin yol pulunu verməyə hazırıq” Prezidentdən skandal sözlər… – “Suriyaya getmək istəyənin yol pulunu verməyə hazırıq” Dunya Prezidentdən Ərdoğana sərt xəbərdarlıq Prezidentdən Ərdoğana sərt xəbərdarlıq Dunya Qırğızıstan və Özbəkistan müharibəyə hazırlaşırlar Qırğızıstan və Özbəkistan müharibəyə hazırlaşırlar Dunya