13-08-2019, 20:17 Oxunub: 203

Tanınmış azərbaycanlı həkim Rusiyada yol qəzasında öldü

Tanınmış azərbaycanlı həkim Rusiyada yol qəzasında öldü

Rusiyanın Kalininqrad vilayətinin cənubunda avqustun 11-də baş vermiş qəzada dünyasını dəyişən azərbaycanlı həkim Tenqiz Hüseynağa oğlu Axundov olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, uzun illərdir Kalininqrad şəhər klinikasında çalışan otorinolarinqoloq “Polo” markalı maşının sükanı arxasında olub. Qəza “Folksvaqen Qolf” markalı avtoomobilin qarşı zolağa çıxması nəticəsində baş verib. Hadisə zamanı Axundovun yanında oğlu da olub. Həkimin oğlu xəsarət almadan xilas ola bilib.

Qeyd edək ki, azərbaycanlı həkimin ölümü rusiyalı xəstələrinin dərin kədərinə səbəb olub. Sosial şəbəkədə onun haqqında xatirələrini bölüşən pasiyentlər və Səhiyyə Nazirliyinin regional şöbəsi Tenqiz Axundovun yaxınlarına başsağlığı veriblər.

Tenqiz Axundov 3 uşaq atası olub. Mərhumun meyiti bu gün Azərbaycana gətiriləcək.Tanınmış azərbaycanlı həkim Rusiyada yol qəzasında öldü
Rusiyada dəhşətli qəzada ölən azərbaycanlıların meyiti ölkəmizə gətirilir Rusiyada dəhşətli qəzada ölən azərbaycanlıların meyiti ölkəmizə gətirilir Hadise Azərbaycanlı məmur qəzada öldü Azərbaycanlı məmur qəzada öldü Hadise Rusiyada dəhşətli qəza - Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə öldü Rusiyada dəhşətli qəza - Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə öldü Hadise Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub – FOTO + VİDEO Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub – FOTO + VİDEO Dunya / Video Azərbaycanlı müğənninin oğlu qəzada öldü Azərbaycanlı müğənninin oğlu qəzada öldü Hadise