Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək: Alternativsiz sistem işə düşür
Hadise
Oxunub: 445
26 avq 2019 | 17:21
Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək: Alternativsiz sistem işə düşür

Azərbaycanda doppler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

Oxu.Az-ın məlumatına görə, bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “Vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometeorologiya Xidmətinin işini asanlaşdıracaq:

“Doppler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sistemin alternativi yoxdur.

Qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək bu sistem sayəsində 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış daha dəqiq verilməsini təmin edir. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, regionlar üzrə hansı proseslər qeydə alınacaq”.

U.Tağıyeva qeyd edib ki, doppler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:

“Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Yəni dəqiqliyi təmin etmək üçün iki doppler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın beş regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır”.

“Baron” şirkətinin nümayəndəsi Brian Bellev isə bildirib ki, bu sistem meteoroloji prosesləri və bulud sistemlərini 3D formatında vizuallaşdırmağa imkan verir:

“Digər sistemlər buna imkan vermir. Biz dünyada ən qabaqcıl radar sistemini istehsal edirik. Doppler radar sistemlərimizlə ölkədə bütün hidrometeoroloji müşahidə sistemi vahid şəbəkədə birləşdirmək imkanı yaradırıq”.

O deyib ki, bu sistem vasitəsilə iki saat qabaqcadan yağıntının, dolunun neçə milli metr düşməsi ehtimalını təxmin etmək olacaq.

Qeyd edək ki, “Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...