Homoseksualizmi yayan böyük GÜCLƏR – Onlar gəncləri necə tora salırlar…
Hadise
Oxunub: 407
26 avq 2019 | 18:19
Homoseksualizmi yayan böyük GÜCLƏR – Onlar gəncləri necə tora salırlar…

Qeyri-sağlam həyat tərzi keçirən ailələrdə uşaqlar hər cür ağır xəstəliyə tutula bilər və əksər hallarda tutulurlar da. Ağır xəstəliklər çoxdur – xərçəng, oynaq xəstəlikləri, şəkərli diabet, ürək-damar xəstəlikləri, göz xəstəlikləri, ruhi xəstəliklər və s. Onların hamısı bəşəriyyət tərəfindən, birmənalı olaraq, insanların düşməni kimi qəbul olunub. Bəşəriyyət onları pislənir və səhiyyə sistemləri bu bəlalara qarşı tədbirlər görür. Bu tədbirlərin nə dərəcədə səmərə verib-verməməsi məsələsi bir ayrı mövzunun söhbətidir. Bu gün biz başqa bir məsələdən, bəşəriyyətə o xəstəliklərdən də çox zərər verən bir bəladan söhbət açacağıq. Qəribə də olsa, dünya səhiyyə sistemi və dünya tibb elmi bu bəlaya çox laqeyd yanaşır, ona qarşı mübarizə aparmır, hətta, onu xəstəlik də saymır.

Söhbət, ötən əsrin ortalarından başlayaraq, bir sıra “sivil” ölkələrdə xüsusi status almış, vətəndaşlıq hüququ qazanmış homoseksualizmdən (eyni cinsli adamların bir-biri ilə cinsi əlaqəyə girməsi) gedəcək.

Hansı səbəbdənsə, rəsmi tibb elmi çoxlu gəncin taleyinə qara səhifələr yazan bu xəstəliyi bəla saymır, ona qarşı mübarizə aparmır. Halbuki, homoseksualizm çox ağır xəstəlikdir və digər xəstəliklər kimi, o da qeyri-sağlam həyat tərzinin və valideyn laqeydliyinin qaçılmaz nəticəsidir. Tibb elminin kosmik sürətlə güclənməsinə baxmayaraq, digər ağır xəstəliklər kimi, bu ağır xəstəlik də böyük sürətlə yayılır, daha çox gəncin ağlını və iradəsini əlindən alır, bütün orqanları yerində olan milyonlarla cavanı – qız və oğlanı barsız söyüd ağacına, balasız qatıra döndərir.

Xalq arasında “mavi” adlandırılan bu zavallı xəstələr elə ailədə “bitir” ki, orda ata-ana öz övladının tərbiyəsi ilə ya heç məşqul olmur, bu arxivacib, taleyüklü işi yad adamlara tapşırır, ya da tərbiyəni düzgün apara bilmir. Hər iki halda uşaq naqis formalaşır: pis uşaqların təsiri altına düşərək, erkən papiros çəkir, spirtli içkilər və narkotik maddələr qəbul edir, heç bir faydalı işlə məşğul olmaq istəmir, əməyə və təhsilə maraq göstərmir. Valideyn qayğısından və sayqısından, ciddi nəzarətdən kənarda qalan və yaxud da düzgün tərbiyə almayan uşağın damarlarında axan çirkli qan onun təfəkkürünə, düşüncə tərzinə sarsıdıcı zərbə vurur, psixikasını və psixologiyasını pozur. Özünü hamıdan üstün tutan dar düşüncəli uşaq hamının yaşadığı kimi yaşamaq istəmir, çoxların normal saydığı adi həyat onu qane etmir, hamıdan seçilmək istəyir, başlayır macəra axtarmağa. Günlərini barlarda, restoranlarda, idman zallarında, çimərliklərdə keçirən xəstə uşaq ucuz “ulduzları” özünə “kumir” seçir, onlara oxşamağa çalışır, onları yamsılayır. Nəticədə, eybəcər saç düzümləri, köpdürülmüş dodaqlar, dizi cırıq şalvarlar, “avtoşluq”, “mavilik” və digər “sivilizasiya nişanələri” meydana çıxır.

Səbəb baxımından xoruz döyüşdürmək, it boğuşdurmaq, cırıq şalvar geymək, “avtoşluq” ilə “mavilik” arasında elə böyük fərq yoxdur – bunların hamısı qeyri-sağlam düşüncə tərzinin acı nəticəsidir. Qeyri-sağlam düşüncə isə çürük qanın məhsuludur. Çürük qanı da qeyri-sağlam həyat tərzi yaşayan orqanizm “istehsal” edir.

“Mavilik” xəstəliyinin digər ağır xəstəliklərdən yeganə fərqi ondan ibarətdir ki, bəşəriyyət bu bəlanı xəstəlik saymır, onun geniş yayılmasına sakitcə baxır, bu bəlanın qarşısını almaq üçün heç bir təsirli tədbir görmür. Əksinə, “sivil” ölkələrində homoseksualizmi sivilizasiya nişanəsi, şəxsiyət azdlığının rəmzi kimi qələmə verirlər, beynəlxalq təşkilatlar “mavi” xəstəliyin geniş yayılması üçün şərait yaradır – bu bəlanın qarşısını almaq istəyən dövlətlərin rəhbərlərini insan azadlığını boğmaqda itdiham edir, onlara qarşı sanksiyalar tətbiq edir.

Bunun üç əsas səbəbi var.

Birinci səbəb: bir çox inkişaf etmiş ölkələrdə “mavilər” seçici kütləsinin böyük bir qismini təşkil edir və onların səsi bəzən həlledici olur.

İkinci səbəb: belə ölkələrdə elitanın tərkibinə çoxlu “mavi” soxulub. Bəzi siyasətçilər mavi olduğunu heç gizlətmir də. Bir zamanlar böyük eyib sayılan “mavilik” bu gün, az qala, qürur mənbəinə çevrilib.

Üçüncü səbəb: dünyanı güclü təbliğat maşınının köməyi ilə idarə edən “Qara biznes” sahiblərinə sağlam düşüncəli gənclər deyil, pulu göyə sovuran cahil müştərilər lazımdır.

“Mavi” faciənin geniş vüsət almasında, erotik proqramları internet vasitəsilə sərbəst yayan elektron texnikanın “xidməti” çox böyükdür.

Əfsuslar olsun ki, heç bir dövlət, bəşəriyyəti daxildən qurd kimi yeyən, nəslartırma prosesinə mənfi təsir göstərən homoseksualizmi ağır xəstəlik saymır, onun qarşısını almaq üçün heç bir tədbir görmür. Əksinə, eyni cinsdən olan insanların cinsi əlaqəyə girməsi hallarını, hətta, ailə qurmaq hallarını leqallaşdıran, bununla da bu ağır xəstəliyin geniş yayılması üçün münbit şərait yaradan antibəşəri qanunlar qəbul edirlər. Bu eybəcərliyi bəyənən və qanuniləşdirən ölkələrin sayı get-gedə artır.

İnsan bu məsələdə də Təbiətin əbədi və mükəmməl qanunlarına zidd gedir, heç bir vəhşi heyvanın özünə rəva görmədiyi bir iyrənc hərəkəti qanunlaşdırır.

Nəzərə alsaq ki, erkən evlənmə halları kütləvilik təşkil edən keçmiş əsrdə homoseksualizm yox dərəcəsində idi, belə bir qənaətə gələ bilərik ki, erkən evlənmələr “mavilik” xəstəliyinin qarşısını almaq məsələsində müsbət rol oynaya bilər. Lakin bu xəstəliyin və bütün xəstəliklərin yeganə dərmanı – sağlam həyat tərzidir. Yalnız onun köməyi ilə bəşəriyyəti bu rüvayçı bəladan xilas etmək mümkündür.

Ərşad Əzimzadə,
(“XOŞBƏXT AİLƏ DÜSTURU: gənc qızlar və oğlanlar üçün bələdçi”)
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb