Cahangir Hacıyev türmədə özünə xəsarət yetirmək istəyib - SƏBƏB
Hadise
Oxunub: 458
27 avq 2019 | 23:51
Cahangir Hacıyev türmədə özünə xəsarət yetirmək istəyib - SƏBƏB

Jurnalist Fikrət Fərəməzoğlu həbsxana gündəliyindən maraqlı məlumat paylaşıb. Modern.az-ın məlumatına görə, o, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin türmədə özünə xəsarət yetirmək istəməsindən yazıb:

“3 avqust 2016-cı ildə məni Kürdəxanı təcridxanasına gətirəndən bir gün sonra (karantin müddəti) 3-cü korpusun 3-cü mərtəbəsinə, 69-cu kameraya yerləşdirdilər. Mən ora gəlməmişdən bir gün qabaq Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin qaldığı yeri dəyişmişdilər. Məhkəməsi bitdiyindən onu çoxnəfərlik kameraya aparmışdılar. Deyilənlərə görə, özü belə istəyib. Səbəbi aşağıda qeyd edilib.

Kamera yoldaşlarım, digər kameradan olanlar deyirdilər ki, Cahangir Hacıyev əvvəlcə təknəfərlik kamerada saxlanılıb. Sonradan onun yanına bir nəfər yerləşdirilib. Həmin şəxs də kasıb adam olub və onun qulluğunda dayanıb. İnsafən, Cahangir də ona pis baxmayıb. Lakin məhkəməsi bitdikdən sonra çoxnəfərlik kameraya keçirilib. Deyib ki, ikinəfərlik kamerada qalmaqdan bezib. 10 nəfərlik bir kameraya keçirilməsini istəyib, əks təqdirdə, özünə xəsarət yetirəcəyini söyləyib. Bundan ehtiyat edən İstintaq Təcridxanasının rəhbərliyi də onu 10 nəfərdən ibarət olan kameraya yerləşdirib.

Beynəlxalq Bankın keçmiş prezidenti bütün korpusun istifadə edəcəyi adı ilə 3000 manat verib soyuducu alsa da, sonradan ora özündən başqa heç kimin ərzaq qoymasına icazə verməyib. Hətta buna görə, mübahisə də yaranıb. Maraqlıdır ki, başqa korpusa getdikdən sonra da həmin soyuducudan istifadə etmək istəyib. Amma bu, mümkün olmayıb. İcazə verməyiblər. Bir müddət sonra isə mənim israrlı tələblərimdən sonra həmin soyuducu bütün dustaqların ixtiyarına verildi.

Nəzarətçilər deyirdilər ki, ona İngiltərədən dərman və geyimlər gəlirmiş. Telefona çıxmasına həftədə iki dəfədən artıq icazə verilmirmiş. Deyilənlərə görə, rejim rəisinə dəfələrlə ayda 5000 manat pul müqabilində ona gündəlik telefona çıxmaq imkanı yaradılmasını təklif etsə də, rədd cavabı alıb. Və bu məsələnin onlarlıq olmadığını diqqətinə çatdırıblar.

Deyilənlərə görə, 3-cü korpusda olan zaman heç kimə yardım etməyib. Hətta ona yardım üçün müraciət edənlərə kobud cavab verirmiş. Bir neçə dəfə mübahisə də yaranıbmış onunla dustaqlar arasında. “Boksda” (məhkəməyə aparılan zaman yoxlanış-baxış keçirilməsi və yola salınma və qarşılanma üçün nəzərdə tutulmuş xüsusi yer) dustaqlarla aralarında yaranan mübahisədən sonra nəzarətçilər onu tək aparıb-gətirirmişlər.

Danışırdılar ki, məhkəməyə “voronok”la (dustaqları daşımaq üçün QAZ-53 markalı maşın) deyil, həmin maşınları müşayiət edən “Prado” markalı avtomoibillə gedirmiş. Doğrusu, bu barədə eşitmişdim, amma rastlaşmamışdım.

Onu da deyirdilər ki, Cahangir Hacıyev 3-cü korpusdan çıxarılıb 4-cü korpusa yerləşdirildikdən sonra tamam dəyişmişdi. 10 nəfərlik kamerada qalan eks-bank rəhbəri təkcə öz kameralarının ehtiyaclarını deyil, həm də qaldığı korpusun (yalnız bir mərtəbəsi) bütün dustaqlarının da bir çox ehtiyaclarını üzərinə götürmüşdü. Məsələn, hər gün həmin mərtəbədəki hər bir dustağa “laryok”dan (market) bir qutu siqaret və hər kameraya iki gündən bir 250 qram çay və 1 kiloqram qənd onun hesabına verilirmiş.

Dustaqlar deyirdi ki, hətta bir neçə nəfərin azadlığa çıxmasına kiçik məbləğli maddi yardım da göstərib. Lakin 3-cü korpusda olarkən elədiklərinə baxanda, bunun sadəcə, ortalıqda məqsədli şəkildə yayılmış xəbər olduğu daha çox qəbul olunurdu. Çünki varlı və imkanlı adamlar “etap” getməmişdən əvvəl belə xəbərləri qəsdən yaydırırdılar ki, sonra zonda problemləri yaşanmasın və ya dustaqlar arasında onlara münasibət mənfi olmasın.

Məhkəmə prosesləri tam bitdikdən sonra Cahangir Hacıyevi 13-cü zona göndərdilər. O, Penitensiar Xidmətin rəhbərliyi ilə 10-cu zona getmək üçün uzun müddət danışıq aparsa da, faydası olmamışdı.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO