19-09-2019, 17:44 Oxunub: 268

5 ağac kəsdi, təbiətə 15 min manat ziyan vurdu

5 ağac kəsdi, təbiətə 15 min manat ziyan vurdu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyi aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15 min 300 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilib.
ETNS qanunsuz ağac kəsəni prokurorluğa şikayət etdi ETNS qanunsuz ağac kəsəni prokurorluğa şikayət etdi Hadise Nazirlik təbiətə 17630 manat ziyan vuran şəxsi cəzalandırdı Nazirlik təbiətə 17630 manat ziyan vuran şəxsi cəzalandırdı Sosial Gəncədə qanunsuz ağackəsimi aşkarlandı Gəncədə qanunsuz ağackəsimi aşkarlandı Hadise Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 229 ağac kəsilib Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 229 ağac kəsilib Bolge ETSN Ucarda 36 ağac kəsilməsi faktını aşkarlayıb ETSN Ucarda 36 ağac kəsilməsi faktını aşkarlayıb Hadise