8-10-2019, 09:46 Oxunub: 215

Meqan Markla görə kral ailəsini yeni — Qalmaqal gözləyir

Meqan Markla görə kral ailəsini yeni — Qalmaqal gözləyir

Britaniya kral ailəsini yeni böyük qalmaqal gözləyir. Qalmaqalın baiskarı isə nə qədər təəccüblü olsa da, şahzadə Harridir. Hər şey şahzadənin Meqan Marklın atası Tomasa ünvanladığı əməktubu dərc etdirən KİV-i məhkəməyə verməyə hazırlaşmasından başlayıb. Məhkəmə işinin ilkin baxışı zamanı məlum olub ki, ifadə vermək üçün Meqanın atası Tomas da məhkəməyə dəvət olunacaq. Tomasın əhvalını nəzərə alsaq, məlumdur ki, o, Meqan haqqında heç də xoşagələn fikir səsləndirməyəcək. Ən pisi odur ki, məhkəməyə Meqan özü də dəvət olunmalıdır. Görünən odur ki, məhkəmədə baş verənlər əsl qalmaqala çevriləcək və Meqanın onsuz da yaxşı olmayan reputasiyasını tamamilə məhv edəcək.
"Ölkə.Az" bildirir ki, bu barədə Mirror.co.uk nəşri məlumat verib.

Qeyd etmək lazımdır ki, Meqan son dörd il ərzində atası ilə görüşməyib. İlk iki ili başı film çəkilişlərinə və şahzadə ilə sevgi görüşlərinə qarışıq olduğu üçün atasına ayırmağa vaxt tapmayan Meqan ailə qurandan sonra onunla münasibətləri tamamilə kəsib. Səbəb isə Tomasın qızının toyunda iştirak etməməsi olub. Meqanın işıq üzü görən həmin məktubu atasına ilk və son cavabı olub. Çünki Tomas bütün müsahibələrində qızını ikiüzlü, xeyirsiz övlad kimi qələmə verib.
Tomas məhkəmədə necə müdafiə olunacağını da açıqlayıb. O deyib ki, qızının məktubunu “Mail on Sunday” nəşrinə Meqanın dostlarının təkidi ilə təqdim edib.
Meqan Markl ailəsinə 46 milyon manatdan çox gəlir qazandırıb Meqan Markl ailəsinə 46 milyon manatdan çox gəlir qazandırıb Medeniyyet Tramp kraliçanın gəlinini əxlaqsız adlandırdı — YENİ İDDİA Tramp kraliçanın gəlinini əxlaqsız adlandırdı — YENİ İDDİA Hadise 14 ildir komada olan Səudiyyə şahzadəsi başını tərpətdi 14 ildir komada olan Səudiyyə şahzadəsi başını tərpətdi Hadise Tarkan İngiltərə şahzadəsi ilə qonşu olur — 54 milyona Tarkan İngiltərə şahzadəsi ilə qonşu olur — 54 milyona Medeniyyet Sürgündə olan şahzadədən şok sözlər: “Qaşıqçıya görə kral ailəsinin 5 üzvü yoxa çıxdı” Sürgündə olan şahzadədən şok sözlər: “Qaşıqçıya görə kral ailəsinin 5 üzvü yoxa çıxdı” Sosial