9-10-2019, 10:13 Oxunub: 214

Cəbhədə silahlar susmadı

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Cəbhədə silahlar susmadı Cəbhədə silahlar susmadı Hadise Kəndlərimiz atəşə tutuldu Kəndlərimiz atəşə tutuldu Hadise Cəbhədə silahlar susmur Cəbhədə silahlar susmur Hadise Cəbhədə gərginlik artır Cəbhədə gərginlik artır Hadise Cəbhədən ən son xəbər — RƏSMİ Cəbhədən ən son xəbər — RƏSMİ Hadise