1-11-2019, 18:23 Oxunub: 279

Gülalıyev yenə başqa xəstəxanaya köçürüldü - Yenilənib

Gülalıyev yenə başqa xəstəxanaya köçürüldü - Yenilənib

Oktyabrın 29-da piyada xəttindən keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb.

O.Güləliyev əməliyyat oldunduğu “City Hospital”dan çıxarılaraq Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Onun səhhəti ilə bağlı belə bir qərarı həkimlər veriblər. O. Gülalıyevin müalicəsi bundan sonra NX-da davam etdiriləcək.

“City Hospital”dan əvvəl isə hüquqşünas 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə alırdı.

Qeyd edək ki, O. Gülalıyevin düşdüyü qəza 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü Kənan Abdullayev tərəfindən törədilib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, saat 12:00 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər.

“City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır.
Oqtay Gülalıyevin avtomobillə qəsdən vurulması iddiası əsassızdır – RƏSMİ Oqtay Gülalıyevin avtomobillə qəsdən vurulması iddiası əsassızdır – RƏSMİ Hadise Oqtay Güləliyevin vəziyyətilə bağlı son məlumat AÇIQLANDI Oqtay Güləliyevin vəziyyətilə bağlı son məlumat AÇIQLANDI Hadise Gəncədəki 3 saylı xəstəxanada baytaryana mənzərə - ŞİKAYƏT VAR Gəncədəki 3 saylı xəstəxanada baytaryana mənzərə - ŞİKAYƏT VAR Bolge Səhiyyəmizdə daha bir inanılmaz hadisə: əməliyyat olunmuş xəstənin qarnından 10 ədəd həkim əlcəyi çıxdı Səhiyyəmizdə daha bir inanılmaz hadisə: əməliyyat olunmuş xəstənin qarnından 10 ədəd həkim əlcəyi çıxdı Hadise Sumqayıtda yenə xəstə - bu dəfə 28 yaşlı qız cərrahiyyə əməliyyatından sağ çıxmayıb Sumqayıtda yenə xəstə - bu dəfə 28 yaşlı qız cərrahiyyə əməliyyatından sağ çıxmayıb Hadise