“Problem varsa, deməli BNA işləri düzgün aparmayıb”
Hadise
Oxunub: 499
1 noy 2019 | 17:42
“Problem varsa, deməli BNA işləri düzgün aparmayıb”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev tərəfindən səsləndirilən tənqidə cavab verib.

A. Nəcəfli “Qafqazinfo”ya iş görülən yerdə tənqidin olmasının normal olduğunu vurğulayıb: “Konkret bu məsələdə nə üçün Bakı Nəqliyyat Agentliyinin belə deməsini başa düşmürəm. Amma birbaşa olaraq Bakı Nəqliyyat Agentliyi yollarda aparılan hər hansı təmir-tikinti işlərinə nəzarət edən qurumlardan biridir. Həmin qurumun nizamnaməsində birbaşa yazılıb ki, yollarda hərəkətin təşkili və təhlükəsizliyi onların səlahiyyətində olan məsələlərdən biridir. Yəni əgər hər hansı bir yolda hərəkətin təhlükəsizliyində problem varsa, deməli, həmin qurumun işləri düzgün aparmaması nəticəsində bu baş verib. Məzahir Rüstəmov küçəsində bizim agentlik tərəfindən təmir işləri aparılır. Amma təmir işləri aparılmamışdan əvvəl aidiyyatı qurumlara məlumat verilir. Hazırda həmin küçədə kommunikasiya işlərinin dəyişdirilməsi prosesi gedir. Bizim agentlik tərəfindən sadəcə yol kənarında olan səki daşlarının yenilənməsi və bərpası işləri həyata keçirilir. Biz yolun hərəkət hissəsində hər hansı iş aparmırıq. O cümlədən, “20-ci sahə” adlandırılan əraziyə gedən yolda da biz heç bir təmir işi aparmırıq. Kommunikasiya xərclərinin dəyişdirilməsi prosesindən sonra bizim tərəfimizdən bərpa işləri görüləcək.

Bundan əlavə, hər hansı təmir işləri aparılarkən tərtib olunmuş qrafik olur. İşlər həmin qrafik əsasında həyata keçirilir. Bütün hərəkət iştirakçılarının təhlükəsizliyi nəzərə alınır. Təmir işini apararkən hər hansı bir yerdə hərəkəti iflic etmək kimi niyyətimiz yoxdur. Konkret olaraq Məzahir Rüstəmov küçəsində qazıntı işlərinin aparılması, ondan sonra yaranan problemlər həmin qazıntı işlərini aparan qurumun məsuliyyətindədir”.

Qeyd edək ki, M. Ağayev Bakı Nəqliyyat Agentliyi olaraq paytaxt yollarında aparılan təmir işlərinin gec yekunlaşmasından narazılığını ifadə edib.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO