Nigeriyalı fırıldaqçılar Azərbaycana hücum edir – DİQQƏTLİ OLUN! (FOTO)
Hadise
Oxunub: 531
5 noy 2019 | 16:20
Nigeriyalı fırıldaqçılar Azərbaycana hücum edir – DİQQƏTLİ OLUN! (FOTO)

İnternet resurslarından düzgün istifadə etməklə bir çox bilgi əldə etmək mümkündür. 21-ci əsrdə internetsiz, kompütersiz ev, iş yeri düşünmək mümkün deyil.

Təbii ki, texnologiyanın inkişafı fırıldaqçıların da yeni üsulları tapmasına, “inkişaf” etməsinə yol açır. Minval.info xəbər verir ki, məlumatsız, bir o qədər də geniş bilgisi olmayan şəxslər bəzən fırılaqçıların qurbanına çevrilir.

Məsələn, dəfələrlə ölkəmizdə baş verən hadisə bank kartları ilə bağlı olub. Kartdan düzgün istifadə etməyi bacarmayan şəxslər fırıldaqçıların qurbanına çevrilib, bütün pulunu itiriblər. Daha çox bu hadisə xəstə övladı üçün pul toplayan, yardım istəyən anaların başına gəlir. “Sizə pul göndərəcəyəm. Kartın hər iki üzünün fotosunu göndərin” deyərək guya kömək etmək istədiyini deyən şəxs, valideynin bilgisizliyindən istifadə eədərək, ehtiyac içində yaşayan, xəstə övladı üçün insanlardan xahişlə yığılan pulları oğurlayır. Belə hadisələri çox vaxt xarici vətəndaşlar edir. Onlar daha çox Nigeriya vətəndaşlı olur, bütün günü də oxşar fırıldaqlar düşünür, bunun üçün qurban axtarırlar.

Nigeriyalı fırıldaqçılar Azərbaycana hücum edir – DİQQƏTLİ OLUN! (FOTO)


Belə fırıldaqçı şəbəkələrin sayı çox olduğu kimi, istifadə etdikləri yöntəmlər də çoxdur. Onlardan biri də poçt üsuludur. Belə ki, onlayn satış saytlarına və ya bu üsulla satış edən şəxslərə yazan Nigeriyalı fırıldaqçılar məhsulu pulsuz əldə etmək üçün qarşıdakı şəxsi aldatmağa çalışırlar. Artıq onların Azərbaycanda onlarla qurbanı var.

Nigeriyalılar hamımıza məlum olduğu kimi, internet bazarında öz fırıldaqları ilə səs salmış bir vəziyyətdədirlər. Ənənəvi olaraq hamıya göndərilən bir sıra standart mail və spamlar mövcuddur. “Varisindən sənə 1 milyon dollar qalıb əldə etmək üçün bizimlə əlaqə saxla”, “Sənin layihəni bəyəndik və 10 milyon dollar investisiya edirik, bank əməliyyatları üçün ilkin ödəniş etməlisiniz”- Bu “Advance Fee Fraud ” daha doğrusu 419 ön ödəniş fırıldaqçılğı adlanır. Bu metod 1980-ci illərdə Nigeriyanın iqtisadi çöküş yaşadığı bir dövrdə yaranıb və 419 adlandırılmasının səbəbi ilk defə Nigeriya cəza qanunun 419-cu maddəsində bu bəndin əks olunmasıdır. Hazırda isə Asiya regionunda geniş yayılıb. Bu tipli mesajlar demək olar çoxumuza gəlib və hamımız bunun yalan olduğunu bilirik. Bu dəfə isə vəziyyət daha ciddi və fərqlidir. Nigeriyalı işbazlar Azərbaycanın elan saytlarında yeni bir fırıldaq metodunu işə salıblar. Tap.az, lalafo.az kimi elan saytlarında satılan məhsullara müştəri çıxan nigeriyalı işbazlar Azərbaycandan 10-larla vətəndaşın avadanlıqlarını mənimsəyiblər. Bəs bu hal necə baş verir?

Nigeriyalı fırıldaqçılar Azərbaycana hücum edir – DİQQƏTLİ OLUN! (FOTO)


Bu haqda məlumat verən texnologiya eksperti, technote.az saytının yaradıcısı Fərid Pərdəşünas bildirib ki, son günlərdə bu şəbəkənin üzvləri hədəf olaraq Azərbaycanı seçiblər: “Dünəndən bəri artıq 3-cü nigeryalıdır yazır. Bunlar yenidən bizim elan saytlarına hücuma keçiblər. 2 il əvvəl də çox idi, indi də… Deməli sizə yazırlar ki, “Satışa qoyduğunuz malı almaq istəyirəm. Avro və dollarla malın dəyəri nə qədər edir?” Qiyməti deyirsən, deyir ki, “Məhsulun fotosunu çək göndər, baxım”. Sonra səndən bank məlumatlarını istəyir. Göndərirsən, deyir ki, gedirəm banka köçürmə etməyə. Daha sonra sənin email-inə saxta email-dən başlığı isə inandırıcı olan bir bank adresindən mail gəlir. Bu maildə guya pul sənin hesaba oturub, amma bankın təsdiqləməsi üçün məhsulu poçta verib, “trackng number”i həmin emaildə olan yerə yazmalısan. Və sən bunu edəndə bank transferi qəbul edəcək. Nigeryalı fırıldaqçılar olmasına baxmayaraq, bu adamlar artıq məhsulları Nigeriyaya yox, Birləşmiş Krallıqda olan balaca bir evə qəbul edirlər. Bu qruplaşmanın İngiltərədə kiçik mərkəzi var. “Azərpoçt”la əlaqə yaradan da bizə demişdilər ki, Azərbaycandan adamlar bu ünvanlara məhsul göndərir, 1 gün sonra zəng vurub yalvarırlar ki, “Malı geri qaytarın!”

Nigeriyalı fırıldaqçılar Azərbaycana hücum edir – DİQQƏTLİ OLUN! (FOTO)


İndi əldə etdiyim məlumata görə, Nigeryalılar artıq lokal poçtları yox, aldatdığı adamdan DHL, UPS istifadə etməyi istəyir. Məsələni, 2 il əvvəl Tv-yə qədər daşımışdım, çünki ciddən aldanan insanlar var. Bu dəfə “Azərpoçt” ilə yenidən əlaqə saxlamağa çalışıram. Əlimdə konkret ünvanlar var ki, poçt servisi bu halların qarşısını ala bilər”.
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub