İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?
Hadise
Oxunub: 575
22 noy 2019 | 20:48
İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


Bəzi mənbələrə görə, gərginliyi tətikləməkdən ötrü İraq ərazisindən bəzi silahlı qüvvələr, xüsusilə də kürdlər Irana yeridilir

Noyabrın 15-dən etibarən İranda internet tamamilə kəsildiyindən, qonşu respublikada baş verənlər, aksiyalar və repressiyalarla bağlı yayılan xəbərlərdə ziddiyyətlər var.

Qonşu ölkədə sərbəst informasiya mübadiləsinin blokadaya alınmasına baxmayaraq, müxtəlif yollarla yayılan xəbərlərdə ölkənin bir sıra şəhərlərində molla rejiminə qarşı xalq üsyanının davam etməsi barədə məlumatlar yayılır. Gunaz.tv-nin xəbərinə görə, son günlər ölkənin müxtəlif şəhər və bölgələrində rejim qüvvələrinin birbaşa atəşi nəticəsində güllə yarasından həlak olan dinc etirazçıların sayı 251 nəfərə, yaralananların sayı 3700 nəfərə, həbs edilənlərin isə sayı 7 min nəfərə çatıb. Rejim qüvvələrinin küçələrdə qətlə yetirdiyi etirazçılar arasında qadınlar və yeniyetmələr də var.

Bildirilir ki, ölkənin müxtəlif şəhərlərində əsas küçə və meydanlar polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülməsinə baxmayaraq, etirazlar noyabrın 20-də Xuzistan əyalətinin bir sıra şəhərlərində, Şirazda və bəzi digər əyalətlərdə davam edib. Hazırda ölkədə elan edilməmiş fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir. Həmçinin son günlər İranın müxtəlif şəhərlərində hökumət qüvvələri tərəfindən qətlə yetirilən yüzlərlə etirazçının adları tədricən hüquq müdafiəçiləri tərəfindən mediaya açıqlanır.

Qeyd olunur ki, etirazlarda yaşanan qarşıdurmalar zamanı ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, İranın iqtisadiyyatı neftdən asılı olduğuna və neft sektoruna tətbiq olunan sanksiyalara, korrupsiyanın səviyyəsinin yüksək olmasına, demokratik azadlıqların məhdudlaşdırılmasına, qanunun aliliyi ilə əlaqədar problemlərə, iqtisadi gücü imkan vermədiyi halda region ölkələrində nüfuz şavaşı üçün böyük pullar xərclədiyinə görə ölkə iqtisadiyyatı tənəzzül dövrünü yaşayır: “İranda yaşayan xalqlar da bundan narazıdır. Benzinin qiymətinin qaldırılması isə insanların səbr kasasını daşdırdı. İran həm qonşu dövlət olmasına, həm də Azərbaycan türklərinin dövləti olduğu üçün orada baş verənlər bizi ciddi narahat edir. Biz İrandakı zorakılığı qətiyyətlə pisləyirik. Böyük qanlar tökülməsinin qarşısının alınması üçün həm vətəndaşların, həm də həkumət qüvvələrinin daha təmkinli olmalarına ehtiyac var”.

İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


İranda yaşayan soydaşlarımızın hansı mövqeni sərgiləməli olduğuna gəldikdə, Q.Həsənquliyev bunları söyləyib: “Onların haqları var ki, digər İran vətəndaşları kimi dinc yolla milli haqları, sosial, siyasi hüquqları uğrunda mübarizə aparsınlar. İranda demokratik islahatlara farslar və digər xalqlarla birlikdə töhfə versinlər. Biz öz ölkəmizdə olduğu kimi İranda da islahatların yuxarıdan aparılmasının tərəfdarı, qanlı inqilablara qarşıyıq. Çox istərdik ki, xalqımız da milli haqlarına sivil yolla nail olsun”.

BAXCP sədri deyib ki, İranda son illərdə bir neçə dəfə belə iğtişaşlar olub, amma hökumət güc tətbiq etməklə sabitliyi bərpa edə bilib: “Vəziyyət uzun müddət belə davam edə bilməz. İran hökuməti öz xarici siyasətinə yenidən baxmalı, xüsusilə soydaşlarımızın heysiyyətinə toxunan Ermənistanla qardaşlıqdan imtina etməli, işğalçı dövlətlə ən azı Türkiyə kimi davranmalıdır. Regional nüfuz savaşından imtina etməli, bu istiqamətdə xərclədiyi pulları ölkə iqtisadiyyatına və sosial xərclərə yönəltməlidir. Sanksiyaları aradan qaldırmaq üçün hər hansı şərt qoymadan ABŞ-la danışıqlara başlamalı, daxildə iqtisadi və siyasi islahatlar həyata keçirməlidir. Tezliklə bu istiqamətdə addımlar atılmasa, İran repressiv addımlarla çox da uzağa gedə bilməyəcək, ölkəni dağılma təhlükəsi ilə üz-üzə qoyacaq ciddi çətinliklərlə üzləşəcək. Bu gün İran ona görə müvazinətini qoruyub saxlaya bilir ki, nə ABŞ, nə Avropa, nə də regionun böyük dövlətləri İranın parçalanmasında maraqlı deyil, amma sabah hər şey dəyişə bilər”.

Bəzi müşahidəçilər şiə dövləti olan İraqda yaşanan fəlakətlərin ardınca İranda da ciddi hadisələrin baş verməsini təsadüfi saymır. Düzdür, 80-ci illərdə bu iki şiə dövləti savaşa sürüklənib, ancaq hazırda ölkələr öz başlarının hayına qalmaqdadırlar. Eyni zamanda bəzi mənbələrə görə, İrandakı gərginliyi tətikləməkdən ötrü İraq ərazisindən bəzi silahlı qüvvələr, xüsusilə də kürdlər İrana yeridilir. Onların Azərbaycan vilayətlərinə səpələnməsi isə narahatlığı daha da artırır.

İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


Ümid Partiyasının sədr müavini Rüfət Muradlı “Yeni Müsavat”a bildirdi ki, İrandakı olayları sırf benzinin qiymətinin qalxmasına etirazlar kimi dəyərləndirmə yanlış olardı: “İranda kifayət qədər siyasi, iqtisadi, mədəni, etnik problemlər var. Hətta dini problemlər… Ölkə konstitusiyasında şiə təriqətinə mənsub olmayanların ölkənin ən yüksək vəzifələrinə seçilmək imkanının olmaması ilə bağlı konkret maddə var. Milli məsələdə ana dilində təhsildən məhrum edilən soydaşlarımız da ağır diskriminasiyaya uğrayıblar. İqtisadi etirazlara gəlincə isə bu əsnada əsas kütləvi etirazlar 2017-ci ilin dekabrından başladı, ondan sonra isə durum daha da ağırlaşdı. 2018-ci ilin yazından xarici valyutanın üç dəfə bahalaşmasından sonra ölkədə görünməmiş bahalaşma baş qaldırdı, əhalinin durumu anbaan pisləşdi”. R.Muradlı qeyd etdi ki, bu narazılıqlar fonunda benzinin qiymətinin qaldırılması tarıma çəkilən əsəbləri daha da gərginləşdirdi və son olaylar baş verdi: “Olayların əsas mərkəzi neftlə münbit Xuzistan ostanıdır. Onlar neftin üzərində yaşamalarına baxmayaraq, ağır maddi durumdadırlar. Xürrəmşəhr, Abadan, Əhvaz, Mahşəhrdə ciddi sayda insan tələfatı səbəb olan aksiyalar baş verib. Ən çox tələfatı qeydə alındığı şəhərlərə Mərivan, Cavanrud, Şahr Sədra, Behbehanı da göstərə bilərik ki, ölkənin ayrı-ayrı nöqtələrində qərar tutublar”.

Ümid rəsmisi qeyd etdi ki, soydaşlarımız da bu etirazlarda səssiz qalmayıblar: “Təbriz, Urmu və başqa şəhərlərdə etirazlar olub ki, Təbrizdə soydaşımız Əli Hüseyni qətlə yetirilib. Bu etirazlar sırf milli-etnik motivli olmadığı üçün məsələyə tək Güney Azərbaycan prizmasından baxmaq yanlış sonuc almamıza səbəb olar. Amma 83 milyon əhalinin əksəriyyətinin əsas şüarları artıq iqtisadi deyil, birbaş siyasi, mövcud quruluşa qarşı yönəlib. Hətta inqilabın banisinin, hazırkı rəhbərin şəkilləri, onları simvolizə edən abidələr belə oda çəkilib. Əhali daha çox Tehran rejiminə ölkə sərvətlərini Suriya, İraq, Livan, Venesuela, Boliviyada ideoloji məqsədlə xərclənməsinə etiraz edir. Ölkənin interneti tam kəsildiyi üçün informasiya imkanları da məhduddur. Amma hazırda ağır repressiv durum hökm sürür. Bu gün silahlı qüvvələrin baş komandan müavini Əli Səidinin İslam İnqilabı rəhbərinə istinadla verdiyi bəyanat özü də hələ repressiyaların davam edəcəyinə işarə idi. Amma görünən budur ki, mövcud hakimiyyət üçün idarəetmə baxımından bundan sonrakı durum daha ağır olacaq”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi