Sumqayıt səhiyyəsində uşaq alveri – doğum evi körpəni 10 minə satdı!
Hadise
Oxunub: 1 512
19 avq 2015 | 12:24
Sumqayıt səhiyyəsində uşaq alveri – doğum evi körpəni 10 minə satdı!















Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair “Bizim Dövr” qəzetində ilginc məlumatlar yer alıb

Məsələn, məlumatlardan birində göstərilir ki, müəssisənin Ginekologiya şöbəsinin müdiri həkim-cərrah Natiq Əliyev istənilən hər hansı bir əməliyyatı 500-600 manata həyata keşirir. Əlbəttə bu iddia kifayət qədər ciddi ittihamdır və istər Sumqayıt şəhər Səhiyyə İdarəsinin, istərsə də digər aidiyyatı olan qurumların bu xüsusda məsələyə müdaxiləsi olduqca arzuedilən olardı. Lakin digər tərəfdən, əminliklə demək olar ki, istənilən gənc ana yeni dünyaya gətirdiyi körpəsinin sağlamlığı üçün bütün var-dövlətindən belə keçməyə razı olar, amma övladına hər-hansı infeksion virus daşıyıcısı olan şəxslər tərəfindən hətta pulsuz tibbi xidmət göstərilməsinə yol verməz. Əlbəttə ki, əgər ananın bundan xəbəri olarsa. Bəs əgər olmazsa? Əgər olmazsa, bu zaman körpənin doğuşdan ta ki, evinə yollanacaq günə qədər belə insanlarla təmasda olmayacağına məhz uşağın dünyaya gəldiyi doğum evinin rəhbərliyi zəmanət verməlidir. Amma aldığımız açıqlamalardan belə məlum olur ki, Sumqayıt şəhər 1 saylı Doğum Evinin rəhbəri Sevda İsgəndərli heç kəsə belə bir zəmanət vermir. Əksinə, iddiaya görə, bu tibb müəssisəsində bəzi əməkdaşların hətta virus daşıyıcıları olmaları faktı ciddi-cəhdlə gizlədilir.
Belə ki, aldığımız məlumata görə hal-hazırda 1 saylı Doğum Evində bilavasitə körpələrlə daimi təmasda olan iki tibb bacısı, Şəhla və Nurlanə Musayevalar məhz Hepatit B virusunun daşıyıcılarıdırlar. Əlbəttə ki, heç kəs istənilən bir xəstəlikdən sığortalanmayıb. Və virus daşıyıcısı olmaq səbəbilə heç bir kəs dolğun həyat yaşamaq imkanlarından məhrum edilə bilməz. Lakin burada söhbət həmin şəxslərin məhz uşaq səhiyyə müəssisəsində, həm də doğum evində işləmələrindən gedir ki, bu da zənnimizcə qətiyyən yolverilməzdir!Aldığımız digər bir məlumatda isə, söhbət nə az-nə çox, birbaşa insan alverindən gedir. Belə ki, açıqlama verən mənbə 1 saylı Doğum Evinin rəhbərliyini uşaq satmaqda ittiham edir. Bu xüsusda məlumatda bildirilir ki, 2015-ci il yanvar ayının 14-də Fəridə Mirzəyeva adlı bir gənc qadın bu müəssisədə dünyaya bir oğlan uşağı gətirib. Lakin doğuşdan sonra, bu gənc ana naməlum səbəblərdən öz övladından imtina edib və körpəni doğum evində qoyaraq, onu tərk edib. Qanunlara görə, belə hallarda körpə uşaq evinə təhvil verilməlidir. Lakin 1 saylı Doğum Evində Mikayıl adı verilmiş bu uşağı düz iki ay saxlayırlar. İki aydan sonra isə uşağa “müştəri” çıxır və 10 min manat müqabilində Mikayılı alır. Təbii ki, bu uşağın gələcək taleyinin uğurlu olacağı barədə biz yalnız dua edə bilərik. Lakin istənilən halda bu əməlin ağır cinayət əməli olduğu birmənalıdır. Gördüyünüz kimi Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan qanun pozuntularını həqiqətən də ciddi adlandırmaq olar. Bununla belə, bu səhiyyə müəssisəi bu günə qədər sanki heç bir hadisə baş verməyib kimi, öz şübhəli fəaliyyətinə hələ də davam etməkdədir…
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək məqsədilə dəfələrlə Doğum Evinə zəng etsək də, hələlik buna nail ola bilməmişik. İstənilən vaxt onların da mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)