Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Hadise
Oxunub: 2 465
20 avq 2015 | 21:22
Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar

















Rahibin təkidi ilə Ceyhun telefondakı görüntünü ona göstərib

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəbrayıl rayon sakini Rahib Əliyevin (1977-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansizlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silhaı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu il yanvarın 28-də Xızı rayonunda Rahib Əliyev "Makarov" markalı tapancadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib və sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb könüllü RPŞ-nə təslim olub. Hadisə ilə əlaqədar istintaq-əməliyyat qrupu müayinə apararaq gilizləri aşkar edib, qan nümünələri götürülməklə yanaşı şahidlər sorğu-sual edilib. İlkin dindirmə zamanı Əliyev göstərib ki, Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürüb.

Məhkəmə prosesində Rahib Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. O, 90-cı illərdə Cəbrayıl rayonu işğal olunandan sonra ailə üzvləri ilə Nərimanov rayonunda yataqxanada məskünlaşdığını, 2005-ci ildə Xızı rayon sakini Aytən Nəsirova ilə evləndiyini bildirib. Yanvarın 24-də arvadı uşaqlarla ondan xəbərsiz rayona, atasının evinə gedib və bir gündən sonra övladlarını orada qoyaraq Bakıda yaşayan xalasının evinə gələrək, bu barədə heç kimə deməməsini xahiş edib.

Həmin gün onun atası qızının axtarışına başlayıb və Rahibə zəng edərək, Aytənin heç nə demədən evdən çıxıb, getməsini bildirib. Bu ərəfədə Rahibin qonşusu Ceyhun Məmmədov ona arvadı ilə bağlı maraqlı bir əhvalat danışıb. Belə ki, ötən ilin yayında o neft daşlarında işdə olarkən onların mənzilində naməlum şəxs gecələyib.

Səhər gedəndə isə, o həmin adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb və bu mənzildə nə elədiyini soruşub. Cavabında sonuncu bunun şəxsi işi olduğunu bildirib, aralarında sözlü mübahisə yaranıb, həmin an digər qonşusu Mənsur həmin şəxsi telefonuna çəkib. Danışıq əsnasında həmin şəxs Xızıdan olduğunu deyib, Ceyhun isə onu xəbərdar edib ki, o birdə bu ərazidə görsənsə həmin görüntü qadının ərinə veriləcək. Həmin vaxtdan o bu haqda Rahibə danışmaqdan çəkinib və buna görə ondan üzr istəyib. Rahib Əliyevin təkidi ilə Ceyhun Məmmədov telefondakı görüntünü ona göstərib.

Həmin gün Rahib Qarabağ münaqişəsi vaxtından gətirdiyi və evdə saxladığı tapancanı götürüb, qayınatasının evinə yollanıb. Sonuncuya telefonuna köçürdüyü naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuna toxunduğunu bildirib, yaxın adamların köməkliyi ilə Rahib müəyyən edib ki, həmin şəxs rayon sakini Osman Şirinovdur. Səhərisi gün heç kimə heç nə demədən o evdən çıxıb və mərkəzi bazarın yanında ticarətlə məşğul olan Şirinova məxsus marketə gəlib, içəri daxil olan Rahib həmin adamdan soruşub ki, həqiqətənmi onun adı Osmandır. Sonuncu bunu təsdiqləyib, nə baş verdiyini soruşduqda Rahib hazır vəziyyətdə saxladığı tapancanı ona tuşlayaraq 3 dəfə atəş aşıb, sonra isə taksiyə əyləşib qayınatasının evinə gəlib.

Zərərçəkən Hüseyn Şirinov ifadəsində göstərib ki, onun oğlunun təqsirləndirilən şəxsin danışdıqlarına heç bir aidiyyatı yoxdur və bütün bunlar sadəcə şərdir. O, məhkəmədən Rahib Əliyevə ağır cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə R.Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Arvadı ilə intim əlaqədə olan şəxsi öldürənə ağır cəza verildi - Fotolar
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...